Yaponiyalı tələbələr İsmayıllıda

Dekabr ayının 23-də Yaponiyanın İto şəhərindən gələn tələbələr – Oşashi Akari, İnagaki Chie, Yagi Jota, Matsumoto Naohiro, tərcüməçi Kanno Yusuke və qrup rəhbəri İshida Kazuko ilə İsmayıllıda olublar. Yaponiyalı tələbələr İsmayıllıdaQonaqları İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib. RİH-in başçısı rayon haqqında qonaqlara məlumat verdikdən sonra onların rayonumuzda olmalarından məmnun olduğunu ifadə edib. Başçı Yaponiyanın İto və Azərbaycan Respublikasının İsmayıllı şəhəri arasında imzalanmış dostluq sazişinin davamlı və faydalı olacağına əmin olduğunu bildirib.
Qonaqlar yüksək səviyyədə qarşılanmaya görə Rayon İcra Hakimiyyətinə, onlara səmimi münasibət göstərən hər kəsə minnətdarlıqlarını bildiriblər. Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
N.Teymurov

Şərh Yaz