Qayğıya ehtiyacı olan uşaqların yeni il şənliyi

23 dekabr 2016-cı il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İsmayıllı rayon Mədəniyyət Mərkəzində bayram şənliyi keçirilib.Qayğıya ehtiyacı olan uşaqların yeni il şənliyiİsmayıllı Rayon İcra Hakimiyyəti, Ailə və Uşaqlara Dəstək Mərkəzi əməkdaşları, 60 nəfərə qədər xüsusi qayğıya ehtiyacı olan uşaq valideynləri ilə birgə tədbirdə iştirak edib. Şəhər 2 saylı uşaq bağçasının körpələri rəqs və mahnıları, uşaq incəsənət məktəbinin şagirdləri çıxışları ilə bayram tədbirinə bədii zənginlik gətiriblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Uşaq poliklinikasının müdiri Vidadi Rəhimov, Veteranlar Şurası rayon şöbəsinin sədri Əlaləm Babayev bayram iştirakçılarını təbrik edərək bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar həmişə dövlətimizin və Prezidentimizin qayğısı əhatəsindədirlər.
Tədbirdə iştirak edən uşaqların hamısına RİH-nin bayram hədiyyələri verilib.
N.Г‡ələbiyeva

Şərh Yaz