Yaddas kitabcasi

Daha bir maarifləndirici tədbir

“Tərəqqi” Sosial –“ İqtisadi Araşdırmalar ictimai birliyi İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə Heydər Əliyev Mərkəzində Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət proqramı ilə bağlı 26 noyabr 2016 cı il tarixdə maarifləndirici tədbir keçirib.Daha bir maarifləndirici tədbirTədbiri giriş nitqi ilə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb.
İctimai birliyin sədri İndira Şəmsivari layihə barədə iştirakçılara məlumat verib. Təlimçi Ədil Ədizadənin mövzuya aid çıxışı dinlənilib.
Dövlət qulluğu veteranı Valeh Salehov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Abdullətif Maqsudov Milli Fəaliyyət proqramının əhəmiyyətindən və əhalinin maarifləndirməsi yollarından danışıblar. Dəyirmi masa arxasında canlı söhbət formasında keçən tədbirdə iştirakçılar maraqlı, məzmunlu diskusiya aparıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz