Yaddas kitabcasi

Təhsildə qardaşlıq və dostluq əlaqələri

Beynəlxalq Etwinning layihəsi çərçivəsində İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Surə Mehdiyeva bir qrup şagirdi ilə “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” layihəsinə qoşulmuş və sevindirici nəticələr əldə etmişdir.
Layihə çərçivəsində Türkiyə Cümhuriyyətindən gəlmiş, müəllimlərdən ibarət 5 nəfər nümayəndə heyəti rayonumuzun gəzməli, görməli yerlərində, qabaqcıl təhsil ocaqlarında olmuşlar. Təhsildə qardaşlıq  və dostluq əlaqələri
Proqram çərçivəsində qonaqlar İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbində təcrübə mübadiləsi məqsədi ilə dərslərdə və həmçinin İsmayilli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində də olublar. Qonaqlar kitabxanada olan Türk yazarların kitabları və digər sərgilərlə maraqlanıblar. Tədbiri kitabxananın xidmət işçisi, bu sətirlərin müəllifi Türanə Əzizova açıb. O qonaqları salamlayıb və kollektivdə onların gəlişindən məmunluq duyulduğunu bildirib.
Sonda İsmayıllı rayon MKS-nin direktoru Ələddin Ələkbərov kitabxanada Türkiyə ilə Azərbaycan arasındakı digər sahələrlə yanaşı, təhsil, qardaşlıq və dostluq əlaqələrindən, bu istiqamətdə keçirilən tədbirlərdən, gələcəkdə görüləcək işlərdən danısıb. Kitabxana işçiləri qonaqlarla xatirə şəkli çəkdiriblər.
T.Əzizova

Şərh Yaz