İntellektualların yarışinda

Prezident İlham Əliyevin iştirakı ilə Gənclər Gününə həsr olunmuş görüşdə ölkə başçısı intellektual oyunların və intellektual televiziya proqramlarının gənclərin özünü inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirməsi və bundan irəli gələrək “İRƏLİ” ictimai birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual BİRincisi” layihəsi başlayıb. İntellektualların yarışindaNoyabr ayının 25-də Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının gənc intellektuallarının iştirakı ilə “Azərbaycanın İntellektual BİRincisi” layihəsi İsmayıllıda keçirilib. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış ediblər. Açılışdan sonra 4 intellektual –“ “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni tanı” oyununa start verilib.
İsmayıllı rayonunda keçirilən regional seçim turunda “Axtar-tap”, “Vətəni tanı” intellektual oyunlarında Ağsu rayonu, “Xəmsə”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında isə İsmayıllı rayonunun gənc intellektualları qalib olublar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnir iştirakçılarına Şəhadətnamələr verilib.
Qeyd edək ki, “Azərbaycan İntellektual BİRincisi” oyunlar klubu və “Xəmsə” milli intellektual oyunu “Azərbaycan İntellektual BİRincisi” layihəsinə təşkilatı dəstək göstərib.
N.Kərimov

Şərh Yaz