Aylıq çərçivəsində maarifləndirmə işi

İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Aylıq çərçivəsində maarifləndirmə işi
Aylıq çərçivəsində maarifləndirmə işi
Tədbiri RİH-in Hüquq şöbəsinin müdiri Xətai Abbasov açıb. O, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkəmizin uşaq hüquqları sahəsində qoşulduğu digər beynəlxalq sənədlər və eyni zamanda, ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib.
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının mühüm müddəaları, uşaq hüquqlarının müdafiəsinin səmərəliliyini artırmaqla bağlı müvəkkil tərəfindən verilən təkliflər, habelə aylığın mahiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Müvəkkilin təşəbbüsü ilə uğurla gerçəkləşdirilən uşaq hüquqlarının pilləli tədris layihəsi çərçivəsində məktəblilərə zəruri hüquqi biliklərin aşılanmasının vacibliyi vurğulanıb.
RPŞ-nin əməkdaşları Əbülfət Yarıyev, Rauf İsmayılov, uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlarla səmərəli əməkdaşlıq, insan hüquqlarının və onun tərkib hissəsi kimi uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, uşaqlara qarşı baş vermiş zorakılıq hallarının qarşısının alınması barədə danışıblar.
Məktəbin direktoru Ramil Dadaşov aparılan maarifləndirmə işinə görə tədbiri keçirənlərə və təşkilatçılara minnətdarlıq edib.
Təhminə Atayeva,
məktəbin müəllimi

Şərh Yaz