Maarifləndirmə işi müsbət nəticə verməkdədir

Oktyabr ayının 26-da İsmayıllı Peşə Tədris Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin, birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Maarifləndirmə işi müsbət nəticə verməkdədir
Maarifləndirmə işi müsbət nəticə verməkdədir
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı yanında dini işlər üzrə komissiyanın sədri Rövşən Ağayev, İsmayıllı rayon prokuroru Ülvi Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli və mərkəzin direktoru Zaur Muradov, müəllimlər və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini R.Ağayev bildirib ki, dövlətin dini radikalizmlə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə işi müsbət nəticə verməkdədir.
İsmayıllı rayon prokuroru Ülvi Abbasov çıxışında dini radikalizmin fəsadlarından nümunələr göstərib, bu sahədə maarifləndirmənin əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra mövzu ətrafında Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli çıxış edərək radikal dini cərəyanların yaranması, təbliğat metodları, habelə onunla effektiv mübarizə yollarından söz açıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Rəşid Mirzəliyev
İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini

Şərh Yaz