Evdə kitabxana xidməti

Italiyanın Florensiya şəhərinin “Oblate” kitabxanasının iş təcrübəsini tətbiq edən İsmayıllı Rayon Mərkəzi Kitabxanasının xidmət şöbəsinin işçiləri 16 oktyabr 2016-cı il tarixdən yaşlılara, fiziki imkanları məhdud olan insanlara kitabxana xidmətinin yeni formasını həyata keçirir.
Evdə kitabxana xidməti
Kitabxanada belə insanlar siyahıya alınır və mütaliəyə, kitaba olan münasibətləri öyrənilir. Bu qəbildən olanların maraq dairələri öyrənildikdən sonra yaşadıqları ünvanda onlara kitabxana xidməti göstərilir. Oxunmuş ədəbiyyat üzrə oxucu ilə müzakirələr aparılır. Belə bir üsul onların cəmiyyətə inteqrasiyasına kifayət qədər kömək edir.
T.Əzizova

Şərh Yaz