“Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə zona yarışı

“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona yarışları oktyabrın 28-də İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin idman bazasında keçirilib“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona yarışları oktyabrın 28-də İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin idman bazasında keçirilib
“Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə zona yarışı
“Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə zona yarışı
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində qazanılan uğurları qonaqların diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ərşad Nəsibov da öz növbəsində tədbir iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. O, Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhundan danışarkən aprel hadisələri zamanı rəşadətlə döyüşən oğullarımızın şücaətindən bəhs edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov rayonda keçirilən hərbi vətənpərvərlik tədbirlərinə xüsusi diqqət göstərildiyindən söz açıb.
12 rayonunun –“ Balakən, Qax, Qəbələ, Şəki, Oğuz, Ağdaş, İsmayıllı, Ağsu, Şamaxı, Zaqatala, Ağdaş və Göyçay komandaları arasında gedən gərgin mübarizədə İsmayıllı komandası I, Qax komandası II və Qəbələ komandası III yeri qazanıb.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib.
Hər üç yerin qalibi 7-10 noyabr 2016-cı il tarixlərdə Xaçmaz şəhərində keçiriləcək Respublika çempionatının final yarışlarına vəsiqə qazanıb.
Şəhla Qafarova

Şərh Yaz