Yaddas kitabcasi

Analoqu olmayan cinayət

Analoqu olmayan cinayətRayon Telekommunikasiya qovşağında da Xocalı faciəsinin anım günü qeyd edilib. Öncə bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsi yad edilib. Sonra Qovşağın rəisi Elxan Əliyev 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən hadisələrlə bağlı məlumat verib. Ermənilərin əsrlərdən bəri xalqımıza qarşı törətdikləri vəhşiliklərdən söz açıb. Xocalı soyqırımı insanlığa qarşı törədilən ən amansız vəhşiliklərdir. Dinc əhaliyə tutulan bu divanın tarixdə analoqu yoxdur. İkinci Dünya müharibəsində alman faşistləri də belə qəddarlıq törətmişlər. Xocalı şəhəri ağır toplardan və tanklardan atılan mərmi yağışına düşmüşdü. Şəhərdən qaçan əhali düşmən gülləsinə tuş gəldi. Həmin soyqırımında 613 nəfər şəhid oldu, 1275 nəfər əsir və girov götürüldü. 487 nəfər, o cümlədən 76 uşaq yaralanaraq əlil oldu.
Acınacaqlı haldır ki, dünya ictimaiyyəti bu günə qədər Xocalı faciəsinə lazımı reaksiya verməyib. Beynəlxalq təşkilatlar da hələlik susmağa üstünlük verir, ikili siyasət yürüdürlər. Bu cinayətləri törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Torpaqlarımızı erməni işğalçılarından azad etməli, bunu gələcək nəslin öhdəsinə buraxmamalıyıq.
Vidadi Əliyev

Şərh Yaz