Yaddas kitabcasi

Yer üzündən silinən şəhər

Yer üzündən silinən şəhərXX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı xalqımızın ən ağrılı yeridir. Bu şəhərdə qətlə yetirilən qadınların, uşaqların, qocaların intiqamını almasaq, onların ruhları qarşısında borclu qalacağıq. Erməni və rus faşistləri tərəfindən gülləbaran edilən soydaşlarımız xalqımız tərəfindən daim yad edilir. Rayonumuzun ayrı-ayrı idarə və təşkilatları bu münasibətlə anım mərasimləri keçirirlər. Belə bir tədbir rayonun Statistika İdarəsində də keçirilib. İdarənin rəisi Əziz Əzizov faciə haqqında tədbir iştirakçılarına məlumat verib. O, qeyd edib ki Xocalı şəhəri xeyli mühasirədə qaldı, əliyalın insanlar bacardıqları qədər düşmənə müqavimət göstərdilər. Ancaq qüvvələr qeyri-bərabər idi. Sovetlərin 36-cı moto-atıcı alayının köməyi ilə Xocalı şəhəri güllə yağışına tutuldu. Əhali şəhəri tərk edib meşələrə qaçmağa başladı. Dinc əhali rəhmsizcəsinə silahlardan atəşə tutuldu. Həmin gecədən Xocalı yer üzündən silinən şəhər oldu.
Tədbirdə iştirak edənlər erməni vəhşiliklərini lənətlədilər və qeyd etdilər ki, bu soyqırımlarını törədənlər gec-tez öz cəzalarını da alacaqlar.
Daşdəmir Məmmədov

Şərh Yaz