Hekayə müsabiqəsi

Hekayə müsabiqəsiİsmayıllı Peşə Tədris Mərkəzində rayon Gənclər və İdman İdarəsi tələbələr arasında Xocalı soyqrımının 24-cü il dönümünə həsr olunmuş hekayə müsabiqəsi keçirilib.
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova açıb. O, müsabiqənin mahiyyətindən, Xocalıda baş verən erməni vəhşiliklərindən, bədnam qonşuların törətdiyi fəlakətlərin mənəviyatımıza, mədəniyyətimizə, millətimizə vurduğu zərbələrdən danışıb.
10 tələbə və şagirdin iştirak etdiyi müsabiqədə duyğuların, emosiyaların tarıma çəklidiyi psixoloji durumla hekayələr qələmə alınıb.
Ayrılan vaxt başa çatdıqdan sonra yazılar müsabiqə komissiyasına təqdim olunub.
Komissiya üzvlərinin yekun qərarına əsasən birinci yerə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Sübhan Tağılı, II yerə İsmayıllı Peşə Tədris Mərkəzinin şagirdi Nataşa Yusifova, III yerə isə Kollecin tələbəsi Gülnarə Yusifova layiq görülüblər. Qaliblərə rayon Gənclər və İdman İdarəsinin Diplomları və qiymətli hədiyyələri təqdim olunub.
Rahid Rəcəbli

Şərh Yaz