Böyük qüvvəyə böyük inam və etimad

Bu gün rayonda gedən sürətli tikinti-quruculuq, abadlıq, yenidənqurma işlərində, sosial həyatın yeniləşməsində, ideoloji işin yaxşılaşmasında, bütün fəaliyyət istiqamətlərində qanunların əsas götürülməsində və idmanın inkişafında aparıcı qüvvə gənclərdir, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gəldiyi ilk gündən böyük qüvvə kimi gördüyü gənclərin təşkilatlanmasına, onların potensialının sosial-iqtisadi inkişafa, müasir idarəetməyə istiqamətlənməsinə diqqətlə yanaşmağa başladı. Böyük qüvvəyə böyük inam və etimadBir ay müddətində yerlərdə keçirdiyi görüş-qəbullar, digər mövzulu tədbirlər vasitəsilə gəncləri təhsilinə, ixtisasına, maraq dairələrinə görə öyrəndi. Müxtəlif layihələrin müzakirəsinə, rayonun perspektiv inkişaf proqramını hazırlamaq üçün məsləhətləşmələrə onları dəvət etdi. Vətənpərvərlik, hərbi vətənpərvərlik, müharibə və qələbə mövzuları ilə bağlı ağsaqqallar, Qarabağ müharibəsi əlilləri ilə gənclərin görüşlərinin təşkilatçısı oldu. İlk növbədə gənclərin məşğulluğunun təmin edilməsi baxımından əsaslı tədbirlər görməyə üstünlük verdi. Təbii ki, bu işdə rayon gənclər və idman idarəsi, rayon təhsil şöbəsi, peşə tədris mərkəzi, açılışdan sonra İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, digər gənclər və idman təşkilatları da Mirdaməd Sadıqovun yanında oldular, onun mövqeyində möhkəm durdular.
2013-cü ilin aprel ayında keçirilən əmək yarmarkasına 400-dən çox iş yeri çıxarılmışdı. 178 nəfər yarmarkada iş tapdı. Onun da 150 nəfərindən çoxu gənclər idi. Bu tendensiya davamlıdır, yeni iş yerləri açılır və oraya əsasən gənclər cəlb edilir. Gənclərin informasiya texnologiyalarına, vacib xarici dillərə yiyələnməsi üçün rayon icra hakimiyyəti rəhbərliyinin verdiyi dəstək, apardığı təşkilatı işlər çox yüksək nəticələr ortaya qoyur. Bir faktı nümunə gətirmək məncə kifayət edər. Mirdaməd Sadıqovun ideya müəllifliyi ilə ingilis dili kursu, sonra isə dizayner kursu açıldı. Hər iki kursu müvəffəqiyyətlə bitirən gənclər “İsmayıllı İnnovasiyalar Mərkəzi”ndə birləşiblər. İndi bir çox layihələr vardır ki, onların hazırlanması və icrasında mərkəzin əməkdaşları fəallıqla iştirak edirlər. Emin Sadıqovun ideya müəllifliyi və “İnnovasiyalar Mərkəzi”ndəki fəalların icraçılığı ilə işlənən “İsmayıllının elektron turizm portalı”nın geniş tərkibli gənclər auditoriyasında təqdimatının keçirilməsi gənclərə aid tədbirlərin ən möhtəşəmi oldu.
İsmayıllı gənclərinin sosial şəbəkələrdə, təhsildə, həyatda fəallıq nümayiş etdirməsi ümumilikdə bölgə həyatını canlandırır. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, peşə tədris mərkəzinin, rayon təhsil şöbəsinin gənclik həyatı ilə qovuşması, tədbirləri rayon gənclər və idman idarəsi ilə birgə keçirməsi çox yüksək nəticələrə gətirib çıxarır.
Belə qarşılıqlı əməkdaşlığın nəticəsi hesab etmək olar ki, onlayın səs verməsi yolu ilə İsmayıllı 11 rayon sırasında 56,1 faiz səslə 2015-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçildi. Rayon İcra Hakimiyyəti rəhbərliyinin təklifi ilə bu uğuru təntənəli bayram səviyyəsində təbliğ etmək məqsədilə gənclərin regional forumu keçirildi. Bundan sonra bir çox gənclər, qeyri-hökumət, gənclər, idman təşkilatları öz yeni layihələrinin icrası üçün İsmayıllını məkan seçirlər. “İrəli” gənclər təşkilatının “Gənc əkinçi” akademiyasının 3 günlük məşğələlərinin İsmayıllıda keçirilməsi hələ də yüksək nəticələrini verməkdədir. Rayon gənclərinin indi 30 nəfərinin “Gənc əkinçi”lərlə dostluq və informasiya əlaqəsi var. İsmayıllıda yaxşı münasibət, qaynar gənclik həyatı görən gənc yazarlar rayondan olan dəyərli informasiyaları çalışdıqları KİV-lərdə əks etdirirlər.
Rayon icra hakimiyyətinin rəhbərliyi hər bir problemin həllində, yeni layihələrin ilkin hazırlıq mərhələsində ideya qüvvələrini rayon gənclər və idman idarəsi ilə birləşdirir. Nəticə də müasir zamanın tələblərinə uyğun alınır. Dövlət gənclər və idman siyasəti, turizm, kənd təsərrüfatı, KİV, sosial şəbəkələr, intellektual və bilik yarışları, anım və xatirə günləri ilə əlaqədar keçirilən tədbirlərə bu fikri daha çox aid etmək olar. Son günlərdə bu istiqamətli bir layihə barədə məlumat vermişdim və qeyd etmişdim ki, aqrar sahənin inkişafı ilə bağlı Rayon İcra Hakimiyyəti Rayon Gənclər və İdman İdarəsi ilə birgə “Gənclər Paytaxtı”nın tədbirləri əsasında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımovanın rəhbərliyi ilə “Gənc təsərrüfatçılar məktəbi” yaradılıb. Bu da kənd təsərrüfatının elmi əsaslarla idarə olunmasına şərait yaradacaq əsas yollardan biridir.
RIH-nin başçısı Mirdaməd Sadıqov idman tədbirlərinin açılış və bağlanış mərasimlərindəki çıxışlarında bir qayda olaraq prezident İlham Əliyevin idmana, regionlara tükənməz qayğısından danışır. Yüksək nəticə qazanan idmançıları hökmən mükafatlandırır. Bütün bunlar idmançılarda bir məsuliyyət, daxili səfərbərlik, növbəti qələbəyə inam yaradır. Nəticələrə baxdıqda bütün əvvəlki illərə nisbətən yüksək olduğunu görürük. 2014-cü ildə Tuncay Əliyev karate idman növü üzrə Avropa və Dünya çempionu olub. Qol güləşi üzrə Toğrul Şahlarlı bu titulları qazanıb. Kamil Qafarov “Pouverliftinq” idman növü üzrə dəfələrlə Avropa və Dünya çempionu olub. Ramil Cavadov şahmat məsələlərinin əyani həlli üzrə Beynəlxalq usta dərəcəsini alıb. Daha sevindirici hal odur ki, İsmayıllının yetirmələri Günel Həsənli cüdo üzrə, Fəridə Qurbanova isə sambo üzrə Birinci Avropa oyunlarına vəsiqə qazanıblar.
Nailiyyətləri, uğur və qələbələri çox sadalamadan qeyd etmək istərdim ki, rayonda dövlət gənclər və idman siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün ardıcıl, sistemli, düşünülmüş, yüksək nəticələri əvvəlcədən görən tədbirlər həyata keçirilir. Böyük qüvvə olan gənclərə böyük inam, etimad, etibar göstərilir. Onlar da öz növbələrində qarşıya qoyulmuş vəzifələrin mütləq icrası üçün özlərini səfərbər sıralarda görürlər.
Birinci Avropa Oyunlarının Məşəlinə Atəşgahdan alov götürən cənab Prezident İlham Əliyevə müraciət edən İsmayıllı gəncləri deyiblər:
-“Hədsiz sevinc içərisindəyik, uca şəxsiyyətinizlə qürur duymağımız, fəxr etməyimiz müstəqilliyimiz qədər əbədi xarakter alıb. Г‡ünki Siz Avropa Oyunları Məşəlinə Atəşgahdan alov götürməklə Azərbaycanın parlaq nurunu dünyaya yaydınız. Bununla Sizin və ölkəmizin necə böyük qüdrətə malik olduğunu bütün dünya bir daha gördü.
Qürurluyuq, fəxr edir, sevinirik ki, Sizin kimi dəyanətli, mübariz, haqq yolunda yorulmadan addımlayan, qayğıkeş, qlobal düşüncəli Prezidentimiz, Azərbaycan kimi firavan ölkəmiz var.”
Taleh Salehov
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi
Böyük qüvvəyə böyük inam və etimad
Böyük qüvvəyə böyük inam və etimad
Böyük qüvvəyə böyük inam və etimad

Şərh Yaz