İstehsal yüksəlişə doğrudur

İsmayıllı bölgədən paytaxta yalnız mədəniyyət və incəsənəti ilə deyil, kənd təsərrüfatı sahəsində qazandığı yeni nailiyyətlərlə gəlib. İstehsal yüksəlişə doğrudurTaxılçılarımız dövlətin aqrar sahəyə olan diqqət və qayğısından yəni – kənd təsərrüfatı məhsulları istehsalçılarına yaradılan geniş imkanlardan yararlanaraq, rayonun taxıl istehsalı tarixində rekord göstəriciyə nail olmuşlar. Rayon üzrə taxıl istehsalı keçən illə müqayisədə 2726 ton artırılaraq, 83620 tona çatdırılmış, məhsuldarlıq 28,1 sentner təşkil etmişdir. Yazlıq bitkilərdən 7490 ton tərəvəz, 6576 ton kartof, 948 ton yemlik paxla, 285 ton lobya, 260 ton qarğıdalı, 130 ton günəbaxan və digər məhsullar istehsal edilmişdir. Mühüm ərzaq məhsullarından olan kartof keçən ilkindən 128 ton, tərəvəz bitkiləri isə 70 ton çox olmuşdur.
Üzüm və meyvə bağlarının salınması ilə yanaşı, həmin məhsulların emal prosesi də həyata keçirilir. Hazırda rayonda 2 üzüm emalı müəssisəsi fəaliyyət göstərir. Rayonun Hacıhətəmli kəndində fəaliyyət göstərən İsmayıllı Şərab-2” üzüm emalı zavodunun illik istehsal gücü 5000 tondur. Burada 4 adda şərab istehsal olunur. 2014-cü ildə müəssisə 500 ton üzüm qəbul etmiş, 350 ton şərab istehsal etmişdir. Hesabat ilində müəssisə tərəfindən 200 ton şərab satılmışdır.
Kürdmaşı kəndində fəaliyyət göstərən “İsmayıllı Şərab-1” üzüm emalı zavodu isə 2013-cü ildə yenidən qurularaq istifadəyə verilmişdir. 2014-cü ildə zavod 1000 ton üzüm qəbul etmişdir. Hazırda müəssisədə konyak spirti istehsal olunur. 10 nəfər işçi çalışır.
Rayonumuzda heyvandarlıq sahəsinin inkişafına xüsusi diqqət göstərilir. 1 yanvar 2015-ci il tarixə rayon üzrə 51430 baş iri buynuzlu, ondan 23976 baş inək, 179604 baş xırda buynuzlu heyvan, mövcud olmuş və il ərzində rayon üzrə 5246 ton diri çəkidə ət, 34118 ton süd, 9 milyon 51 min ədəd yumurta, 390 ton yun istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə rayon üzrə 110 baş iri buynuzlu, o cümlədən 51 baş inək, 499 baş xırda buynuzlu mal-qara, eləcə də 32 ton ət, 53 ton süd, 144 min yumurta və 2 ton yun artmışdır.
1 yanvar 2015-ci il tarixə rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi 72949,0 min manat təşkil etmişdir ki, bunun 36988,4 min manat bitkiçilik məhsullarının, 35960,6 min manatı isə heyvandarlıq məhsullarının payına düşür. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1940,7 min manat və ya 2,7 faiz çoxdur.
Baytarlıq-profilaktika tədbirlərinin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur. Belə ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalama tədbirləri davam etdirilmiş və cari ilin ötən dövrü ərzində rayon üzrə 2200 baş iri buynuzlu qaramalda süni mayalama aparılmış, mayalanmış heyvanlardan 1730 baş yüksək məhsuldarlıq göstəricilərinə məxsus cins buzov və balaq alınmışdır.
2015-ci ilin mart ayında bayramlar münasibəti ilə şəhərin mərkəzində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmiş, əhaliyə bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətə kənd təsərrüfatı məhsulları satılmışdır.
Cari ilin məhsulu üçün ötən ilin payızında rayonda 28326 hektar sahəyə taxıl səpilmişdir ki, onun 20454 hektarı buğda, 7872 hektarı isə arpadır.
Əkin sahələrində yemləmə məqsədilə rayona 1257 ton mineral gübrələr gətirilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi davam etdirilmiş və 2015-ci ilin məhsulu üçün 1 dekabr 2014-cü ilədək səpilmiş 17269 hektar payızlıq buğda səpininə görə 5259 nəfər istehsalçıya 690787 manat yardım hesablanmış və aprel ayında həmin vəsaitlər istehsalçılara ödənilmişdir.
Rayonda 3200 ha. sahədə yazlıq bitkilər əkilmişdir.
Faraş tərəvəzçilik iqtisadi cəhətdən gəlirli olduğu üçün son illər bu sahəyə maraq daha da artmışdır. Belə ki, 2014-cü ildə rayonda 2-3 istixana təsərrüfatı olduğu halda, hazırda bu rəqəm 41-dir. İstixanalarda becərmə işləri davam etdirilir. Artıq məhsul yığımına başlanmışdır.
Üzümçülük rayonumuzda iqtisadiyyatın ən gəlirli sahələrindəndir. Vaxtilə rayonda 12 min hektar üzüm bağı olmuşdur. Bu sahəyə son illərdə maraq artmışdır. Hal-hazırda rayonda 934 hektar üzüm bağı vardır. 2012-2020-ci illərdə Azərbaycan Respublikasında Üzümçülüyün İnkişafı Dövlət Proqramının icrası ilə əlaqədar hər il rayonumuzda yeni üzüm bağları salınır. Cari ildə Kürdmaşı kəndində “Aznar” MMC tərəfindən 40 ha. sahədə süfrə sortlarından ibarət yeni üzüm bağı salınmışdır.
Meyvə bağlarının salınmasına da maraq böyükdür. Bu il Keyvəndi kəndində “Azaqro” MMC tərəfindən 3 hektar sahədə yeni meyvə bağı salınmışdır.
Rayonumuzda heyvandarlıq sahəsinə xüsusi diqqət göstərilir. 1 aprel 2015-ci il tarixə rayon üzrə 51196 baş iri buynuzlu, 178316 baş xırda buynuzlu heyvan qeydiyyata alınmışdır. Birinci rüb ərzində rayon üzrə 1305 ton diri çəkidə ət, 8510 ton süd, 2 milyon 476 min ədəd yumurta istehsal olunmuşdur.
Ərzaq təhlükəsizliyinin həyata keçirilməsində xüsusi əhəmiyyəti olan heyvandarlıq məhsullarının istehsalının artırılması istiqamətində tədbirlər davam etdirilir. Keyvəndi kəndində 1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin tikintisi cari ildə də davam etdirilmiş, burada 300 baş mal üçün nəzərdə tutulmuş tövlənin tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Ofis binası və xidmət personalı üçün bina tikilmişdir.
Azərbaycan Respublikasında 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası istiqamətində rayonun Qalınçaq kəndi ərazisində “Şən Fermer” MMC tərəfindən illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikinin tikintisinə başlanmışdır. Burada inqubator sexi, vitaminli yem istehsal edən dəyirman quraşdırılacaq, geniş sahələrdə yem bitkiləri əkilib becəriləcəkdir. Müəssisənin 2015-ci ilin sonuna kimi istehsala başlayacağı planlaşdırılır. Fabrik tam gücü ilə fəaliyyətə başladığı zaman burada 120 nəfər işlə təmin olunacaqdır.
“Yaşıl market”in tikintisi davam etdirilir. Burada 3200 kvadratmetr sahəsi olan örtülü bazar, 1200 kvadratmetr sahədə soyuducu anbar və 84 ədəd satış yerinin tikintisi başa çatmışdır. Digər satış yerlərinin, açıq bazarın, eləcə də yardımçı tikintilərin inşası davam etməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası” layihəsinə uyğun olaraq rayonda yaxın vaxtlarda fəaliyyətə başlayacaq Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi başa çatmaq üzrədir.
Aqrar sahədə istehsalın artırılması, eləcə də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün fermerlərin, sahibkarların və kənd təsərrüfatı məhsullarının digər istehsalçıları arasında ümumi məqsədə xidmət baxımından bir sıra hallarda rast gəlinən pərakəndəliyin aradan qaldırılması, onların davamlı koordinasiyası, mütəmadi olaraq maarifləndirilməsi məqsədi ilə rayonda “Fermer evi”nin tikintisinə başlanmışdır.
Ekoloji mühitin yaxşılaşdırılması istiqamətində də ardıcıl işlər davam etdirilir. İsmayıllı-Muğanlı avtomobil yolunun ətrafında yaradılmış yaşıllıq zolaqlarında təmir-bərpa işləri aparılmış, quruyan ağaclar yeniləri ilə əvəz olunmuş, yol kənarlarında, şəhər və bələdiyyə ərazilərində 18000-dən artıq yeni ağac əkilmişdir.
2014-cü ilin yanvar ayından rayonumuzda Avropa İttifaqı və Almaniyanın “Dünyaya çörək” təşkilatının maliyyə dəstəyi ilə “FİLİZ” layihəsi fəaliyyətə başlamışdır. Rayonun 7 kəndində 14 qrupdan ibarət 140 nəfər fermer həmin layihəyə cəlb edilib. Layihə çərçivəsində pomidor bitkisinin açıq və örtülü sahədə becərilməsi üzrə 7, çiyələk bitkisinin becərilməsi üzrə 3, arıçılığın inkişafı üzrə 3 və heyvandarlıqda müqayisəli yemləmə üzrə bir tədbirin həyata keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, layihə müddətində hədəf qrupları sahibkarlıq, idarəçilik və marketinq sahəsində bilik və bacarıqlar əldə edəcəklər ki, bu da onların gələcəkdə dəyər zəncirində mövqelərini yaxşılaşdırmasına şərait yaradacaqdır.
Rayonda fəaliyyət göstərən zootexniklər tərəfindən 3 ayda 616 baş qaramalda süni mayalama aparılmış, 421 baş sağlam buzov-balaq alınmışdır.
2013-cü ilin I rübündə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ərazisində ümumilikdə 20 ha. sahədə meşə bərpa tədbirləri aparılmışdır. Aparılmış meşə bərpa tədbirlərində və meşə əkinlərinin təmirində 10 min ədəd ağac tingi əkilmişdir. Müəssisənin tinglik sahəsində yeni ağac tinglərinin yetişdirilməsi məqsədi ilə 0,30 hektar sahədə müxtəlif ağacların çilingləri basdırılmışdır.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən daşqın və selə qarşı çay məcralarının lildən təmizlənməsi məqsədilə 267000 kubmetr həcmində ekskavator işi, 60 kubmetr həcmində isə buldozer işi görülmüşdür. Suvarmanı mütəşəkkil keçirmək məqsədilə 2 ədəd hidrometrlik post və 8 ədəd hidrotexniki qurğu cari təmir olunmuşdur.
Onu qeyd edək ki, rayon İcra Hakimiyyətinin rəhbərliyi kənd təsərrüfatı istehsalını elmi əsaslar üzərinə keçirir, əhalinin məşğulluğunun artırılması məqsədilə bu sahəni xüsusi diqqətdə saxlayır.
Mahmud Süleymanov,
RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
İstehsal yüksəlişə doğrudur
İstehsal yüksəlişə doğrudur
İstehsal yüksəlişə doğrudur

Şərh Yaz