İsmayıllı yazarlarının yaradıcılığından

İsmayıllı

Ürəyim aranda od tutub yansa,
Xəyalım buz kimi suyundan içər.
Mənimçün dünyanın bütün yolları
Dolanıb, dolanıb qoynundan keçər.

Mən sənin adını uca tuturam,
Qəlbimə qəlbimin odunu verdin.
Bu doğma övladın Vəziroğluna
Sən Baba dağının adını verdin.

Meşələri –“ yaşıl yazı,
Girdimançay –“ sözü, sazı.
Taleyini Tanrı yazır,
İsmayıllı.

Bol üzümü, meyvə barı,
Əlvan Lahıc xalçaları.
Talıstanın bəyaz qarı
Г‡öhrəsində gümüş xallı –“
İsmayıllı.

Vüsalının özü kimi,
Buzbulağın gözü kimi.
Qızlarının sözü kimi
Yaylaqları beçə ballı –“
İsmayıllı.

Г‡ox gözəlsən hər ayında,
Həm qışında, həm yayında.
Sənin hünər bayramında
Qoca Qafqaz tutur yallı,
İsmayıllı, İsmayıllı!

İsmayıllıya getsən

İsmayıllıya getsən,
o gözəllik səni də
dəli eyləyə bilər.
Dəli ola bilərsən,
dəli olmaqdan qorun.

Г‡ətin olacaq bir az
evdə qərar tutmaq,
evdə oturmaq.
Bir sevimli qız kimi,
dağlar çəkəcək səni,
ağacların altı çəkəcək səni.
Sərilib qalacaqsan
otların üstündə, keflənmiş kimi.
Axşamın sərinində soyuqlaya bilərsən.
Soyuqlamaqdan qorun.

O dağ sularından bacarsan az iç.
Dağların üstündən qartalsayağı
birdən qanadlanıb uçmağın gələr –“
bir az özünü gözlə, ehtiyatlı ol bir az.
Büdrəsə ayağın
bir yamacın döşündən
Gözlərini açınca
bir də görəcəksən,
dərənin dibindəsən.
Dərənin dibində dumana düşsən,
düş dərə boyunca üzüaşağı.
Bir yaşıl tarlaya gedib çıxarsan,
bir yaşıl talaya gedib çıxarsan.
Düşərsən içinə lalə qızların,
alovlu baxışlar yandırar səni.
Odlanmaqdan qorun, yanmaqdan qorun,
Və aşiq olmaqdan özünü gözlə.

İsmayıllıya getsən,
şair olmaq müsibəti,
şeir yazmaq qorxusu var bir az da.
Şair olmaqdan qorun.
Bir də, ürəyindən ehtiyatlı ol, –“
İsmayıllıya getsən,
birdən ürəyini qoyub gələrsən…
Maarif Soltan

Ay İsmayıllı

Dağlar bir anadır Əzəldən sənə,
Qartallar yurdusan, ay İsmayıllı.
Lahıc naxış vurub gül-camalına,
Basqalın qoynu yaz, yay İsmayıllı.

Babadağ yenə də xəyala dalıb,
Vurğun Talıstandan İlhamın alıb.
Cavanşir bu yerdə min zəfər çalıb,
Salıb dağlarına hay, İsmayıllı.

Girdiman çayının xoş zümzüməsi,
Bədonun şəfalı, sərin çeşməsi,
Buynuz kəndindəki dağ şəlaləsi,
Tanrıdan sənədir pay, İsmayıllı.

Qalınçaq, Quşencə, Tircan, Zərgəran,
Gölündə sonalar, düzündə ceyran,
Pünhan da olubdur hüsnünə heyran,
Yoxdur bənzərinə tay İsmayıllı.
Şirvanın gözüsən, ay İsmayıllı,
Cənnətin özüsən, ay İsmayıllı.

İsmayıllı torpağında

Gün boylanar, şeh zərləşər,
Güney yanar, gözəlləşər;
Sular axıb əzbərləşər
Dağın, dodağında,
İsmayıllı torpağında.

Dolan düzü, çıx zirvəyə,
Gözəlliyi duyum deyə;
Hər nemətdən düz süfrəyə
Buz bulağın qırağında
İsmayıllı torpağında.

Qartal qıyı, maral səsi,
Girdimanın sərt nərəsi,
Bulaqların zümzüməsi
Sevənlərin qulağında,
İsmayıllı torpağında.

Arxalıdır sıra dağlar,
Bir üzü gül, bir üzü qar.
Bir şairə, bir şair var
Hər ananın qucağında,
İsmayıllı torpağında.
Şahməmməd Dağlaroğlu

İsmayıllım

Qalaları sərkərdəm,
qayaları tunc ordum.
Dəbilqəsi Baba dağ,
qılıncı Girdiman yurdum.
Libası tər qızılgül,
örpəyi duman yurdum.
Г‡içəyi bəxt ulduzum,
yolları alın yazım –“
İsmayıllım!

Suyun ərimiş ənbər,
daş-torpağın qara zər.
Boz qurd qədər qocasan,
cavansan oğlum qədər.
Mənə tale töhfəsi,
Tanrı bəxşişi vətən.
Sən kəhkəşan, mən ulduz,
bir ruhuq, iki bədən
Ata-anamdan da çox.
sənə bənzəyirəm mən.
Suyun dönüb qanıma,
çörəyin də canıma.
Səndən yarandığımçün
min şükür Rəhmanıma!

Ağlım kəsəndən sənə
dəli kimi vuruldum.
Daşına, torpağına
Məcnun kimi sarıldım.
Ey ruhum, canım şəhər!
Şəhərlərin içində
qənirsiz xanım şəhər!
Qafqazın tək zinəti,
Bu dünyanın cənnəti
İsmayıllım!

Г‡ayların axan işıqdır,
bulaqların eşq camı.
Odundan od götürüb
çırağa dönüb hamı.
Nə oğlun tək oğul var,
nə qızın tək qız olar.
Gəlinlərin huridir,
Hər qızın bir pəridir.
Sənəmlər səltənəti,
Mələklər məmləkəti
İsmayıllım!
Oqtay İsmayıllı
İsmayıllı yazarlarının yaradıcılığından
İsmayıllı yazarlarının yaradıcılığından
İsmayıllı yazarlarının yaradıcılığından
İsmayıllı yazarlarının yaradıcılığından

Şərh Yaz