İnkişaf kursu davam etdirilir

İsmayıllıda Heydər İdarəetmə Məktəbinin 28 May Respublika Gününə həsr olunmuş növbəti məşğələsi keçirilib.İnkişaf kursu davam etdirilirTədbirdə rayon İcra Hakimiyyəti, hüquq mühafizə orqanlarının rəsmiləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk çıxışı RİH başçısı, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, Mirdaməd Sadıqov edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışaraq, ölkəmizin inkişaf və tərəqqisinin də məhz bu dahi şəxsiyyətin adı ilə bağlı olduğunu bildirib. Natiq qeyd edib ki, Ümummilli liderin respublikaya rəhbər təyin edilməsi xalqımızın, Vətənimizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yeni mərhələnin əsasını qoyub. Tarixi bir missiyanı öz üzərinə götürən Ulu öndər respublikanı böhrandan çıxaracaq bütün sahələr üzrə tərəqqiyə doğru istiqamətlənməsi üçün əməli işlərə başladı. O, dahiyanə uzaqgörənliklə uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və onların icrasına nail oldu. O bildirib ki, Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olunması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunması, dünya birliyində layiqli yer tutması məhz ulu öndərin yenilməz iradəsi sayəsində mümkün olub.
Sonrakı çıxışlarda 97 il əvvəl Şərqdə qurulan ilk müstəqil dövlətdən, onu quran tarixi şəxsiyyətlərdən, onların həyatından söz açılıb. Bununla bərabər müasir Azərbaycan tarixinin yaradıcısı Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və nəticədə, ölkəmizin möhtəşəm nailiyyətlər qazandığı vurğulanıb.
Səadət Rəhimova

Şərh Yaz