Xalqımız, ordumuz, ailələrimiz qalib olsun

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə 15 may 2015-ci il tarixdə Şəmkir şəhərində “Beynəlxalq ailə bayramı” keçirilib. Azərbaycanın 75 rayonundan 80-dən artıq ailənin qatıldığı bu bayramda Türkiyə, İndoneziya və Avropa Şurasından belə mötəbər qonaqlar iştirak ediblər. Xalqımız, ordumuz, ailələrimiz qalib olsunAilə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın təşəbbüsü və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alim Paşanın dəstəyi ilə yüksək səviyyədə təşkil olunmuş bayramın keçirilməsinə həmin gün bölgədə yağan güclü yağış da mane ola bilməyib.
Azərbaycanın mirvarisi olan İsmayıllını bu bayramda rayonun Cülyan kənd sakinləri Pərviz və Jalə Qədirovlar 3 övladları ilə təmsil ediblər.
Müxtəlif naminasiyalar üzrə ailələr arasında keçirilən sınaq yarışlarında yaxşıları müəyyən etmək münsiflər heyəti üçün heç də asan olmayıb. Yarışmanın son dəqiqələrinə qədər birinci yerin sahibi kimi tanınan ağdaşlılara Qədirovlar ailəsi qələbə sevincini yaşamaq imkanı verməyib.
Tədbirə kifayət qədər ciddi hazırlaşmış ailə komandası çıxışına Pünhan İsmayıllının “Ay İsmayıllı” şeiri ilə başlayıb. Şəmistan Əlizamanlının “Г‡ağırır Vətən” mahnısının ifasından sonra sürəkli alqış sədaları altında zonanın 11 rayondan ibarət qrupunda İsmayıllını təmsil edən ailə birinci yerə layiq görülüb.
Bu qələbə Qədirovlar ailəsi üçün heç də təsadüfi olmayıb. Bu sayaq yarışmalarda uğurlu təcrübəsi olan ailə ismayıllıları növbəti qələbələri ilə sevindiriblər. Əslində bu qələbə ilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları və Şəmkir rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələrini İsmayıllıya gətirən həmyerlilərimiz ailə dəyərlərinin, vətənpərvərliyin və milli ruhun uca tutulması nümunəsini nümayiş etdiriblər.
Hədiyyələrin təqdimatı zamanı Qədirovlar ailəsi çıxışlarını növbəti Ailə bayramlarının erməni işğalından azad olunacaq torpaqlarımızda keçirilməsi arzusu ilə bitiriblər.
Xalqımıza, ordumuza, ailələrimizə həmişə qələbə sevinci yaşamağı arzu edirik.
Г‡inarə Bəhərçinli

Şərh Yaz