Maraqlı seminar-müşavirə

8 may 2015-ci il tarixində İsmayıllı Rayon Təhsil Şöbəsində “31 May – Ümumdünya Siqaret Г‡əkmədən İmtina Günü” münasibətilə “Siqaretə yox deyək” adlı seminar müşavirə keçirildi.Maraqlı seminar-müşavirəMüşavirədə rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Rayon Mərkəzi Xəstəxanasının həkimi Murad Həbibov, RTŞ-nin metod kabinetinin direktoru Hümbət Əsədov və metodistləri, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti Gülnar Mikayılova, rayonun ümumtəhsil məktəblərinin müəllimləri və 8-10-cu sinif şagirdləri iştirak edirdilər.
Seminarda siqaretin insan orqanizminə zərəri ilə bağlı video çarx nümayiş etdirildi. Bu sətirlərin müəllifi, biologiya fənni üzrə RTŞ-nin metodisti Sevda İsmayılova “Siqaretə yox deyək” mövzusunda etdiyi təqdimatda siqaretin insan orqanizminə vurduğu zərər haqqında ətraflı məlumat verdi .
Xəstəxananın həkimi Murad Həbibov siqaretlə mübarizə aparan insanlar və onların qarşılaşdığı problemlər haqqında məlumatları şagirdlərə çatdırdı. Siqaretin gəncliyə vurduğu zərər haqqında İcra Hakimiyyətinin nümayəndəsi N.Teymurov da fikirlərini açıqladı, keçirilən tədbirə görə təşkilatçılara və çıxış edənlərə təşəkkürünü bildirdi.
Seminar-müşavirə maraqlı diskussiya şəklində davam etdi.
S. İsmayılova

Şərh Yaz