“Əlifba bayramı” keçirildi

Elmi biliklərə aparan yolun bünövrəsi birinci sinifdə qoyulur. Adətən, hər il məktəblərdə “Əlifba bayramı” keçirilir. Həmin bayrama Təhsil Şöbəsinin işçiləri, valideynlər dəvət edilir.“Əlifba bayramı” keçirildiMənim gülüm, bağım, ətirli bağçam,
Bu gün bayramındır, əziz günündür.
Birincilərin “Əlifba bayramı”nın məktəbimizdə keçirilməsi ənənəvi hal alıb.
Bu il də belə oldu. Birincilər tədbirdə şox gözəl şeirlər söylədilər, səhnəciklər göstərdilər, rəqs etdilər. Tədbirdə məktəbimizin direktor müavini Gülxar Məmmədova birinciləri təbrik etdi. Rayon Təhsil Şöbəsinin ibtidai təhsil üzrə metodisti Xalid Allahverdiyev, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov birincilərin sevincinə şərik oldular.
Sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Gilas Musayeva məktəbimizdə müxtəlif tədbirlərin keçirildiyini, həmin tədbirlərin şagirdlərin fəallığında böyük rol oynadığını qeyd etdi.
Gələcəyimiz olan bu fidan balaları vətənimizə, xalqımıza, dilimizə, dinimizə məhəbbət ruhunda tərbiyə etmək üçün bütün müəllimlər var qüvvələri ilə çalışırlar. Şagirdlərin qarşısında müəllimlərin köməyi ilə elm dünyasına pəncərələr açılır. Bu pəncərələrdən süzülən işıq balalarımızın həyat yollarını işıqlandırır.
Birincilərə bu yolda bələdçilik edən Dilbər və Safura müəllimə uğurlar arzulayırıq.
Müəllimlərimiz uşaqlara təmkin, əməksevərlik, çalışqanlıq, vətənə sədaqət hissləri aşılamağa çalışırlar. Təhminə Atayeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz