Qarşılıqlı fəaliyyət olmalıdır

Uşaqlar məktəbdə müəllim, psixoloq və tərbiyəçilərlə birgə sıx əməkdaşlıq etməlidirlər.Belə əməkdaşlıq olmadan psixoloq nə qədər bacarıqlı, bilikli olsa da, onun fəaliyyətində heç bir əhəmiyyətli nəticə olmayacaq. Psixoloji xidmətə praktik psixoloqun müxtəlif yaşda olan uşaqlarla, onların müəllimləri, tərbiyəçiləri və valideynləri ilə qarşılıqlı fəaliyyətinin özünəməxsus sahəsi kimi baxmaq olar. Г‡ünki onun mərkəzində bir şəxsiyyət kimi formalaşan uşağın maraqları durur.
Xidmətin səmərəliliyi yalnız onda yüksəlir ki, psixoloq və müəllim (müəllim və tərbiyəçi) bir tərəfdən həmfikir olurlar, digər tərəfdən öz vəzifə və imkanlarını dəqiq ayırırlar.
Yadda saxlayaq ki, psixoloqu müəllim, müəllimi isə psixoloq əvəz etmir. Onlar yalnız vəzifə borclarını dəqiq yerinə yetirdiyi və bir-biri ilə xoş məramla işlədiyi şəraitdə uğurlu əməkdaşlıq edə bilərlər.
Şübhəsiz, uşaqların təhsil və tərbiyəsinin mürəkkəb məsələlərinin uğurlu həlli təhsil müəssisəsinin pedaqoji kollektivinin fəaliyyətindən, hər bir müəllimdən, onun peşə ustalığından, mədəniyyətindən və dərin biliyindən asılıdır.
Uşağa yanaşmada müəllim və psixoloqun bir-birini tamamlayan mövqeyi, uşaq kollektivi və ayrı-ayrı uşaqlarla işin bütün mərhələlərində sıx əməkdaşlığı –“ xidməti işin yerinə yetirilməsinin vacib şərtlərindəndir. Qarşılıqlı əlaqənin nailiyyətləri ən çox praktik psixoloqun mövqeyindən asılıdır. Psixoloq mütləq uşaqların valideynləri ilə işləyir. O fərdi olaraq, valideyn iclaslarında onlarla görüşür, uşaqlar haqda psixoloji biliklərə malik məsləhətlər verir. Valideynlər uşaqlarında görmək istədikləri keyfiyyətlərə özləri də malik olmalıdırlar.
Valideynlər daimi özünütərbiyənin vacibliyini unudurlar və yalnız onda ayılırlar ki, artıq uşaqlar böyümüşlər və onlarla təmas çətinləşir.
Valideyn və müəllimlərdə yaranan konkret problemləri psixoloq müntəzəm keçirdiyi fərdi konsultasiyalarda müzakirə edir və cavablandırır. Müəllimlərə onların icra etməli olduqları psixoloji funksiyalar haqqında məlumat verilir, metod və vasitələr öyrədilir.
Ş.Quliyeva,
psixoloq

Şərh Yaz