İsmayıllı gənclərinin ekoloji məlumatlılığın artırılmasına təşəbbüs

2015-ci ilin may ayının 5-dən başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə Gənclərin Anti-Narkomaniya İctimai Birliyi İsmayıllı “Gənclərinin ekoloji məlumatlılığının artırılmasına təşəbbüs” adlı layihənin həyata keçirilməsi ilə əlaqədar təlimlərə başlanmışdır.İsmayıllı gənclərinin ekoloji məlumatlılığın artırılmasına təşəbbüsTəlimlər İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçlik Mərkəzinin direktoru, Qabaqcıl Təhsil təcrübəli biologiya müəllimi Yaşar Nuriyev tərəfindən aparılır. Artıq 8 qrup gənclə İsmayıllı rayonunda təlimlər aparılmış, onlar ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, qlobal ekoloji problemlər, onların həllində gənc nəslin iştirakı kimi məsələlərlə əlaqədar məlumatlandırılmışlar.
Təlimlər zamanı bərpa olunmayan enerji mənbələrindən səmərəli istifadə etməklə yanaşı ətraf mühitin mühafizəsinin daha etibarlı təşkili ilə əlaqədar söhbətlər aparılmışdır. Alternativ enerji, yəni bərpa olunan enerji mənbələrinin istifadəsinin üstün cəhətlərindən bəhs edilmiş, ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunması məsələlərinə diqqət yetirilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti ətraf mühitin mühafizəsi məsələlərini ön plana çəkərək bərpa olunan enerji mənbələrindən istifadəni prioritet məsələ kimi qiymətləndirmişdir.
Təlim iştirakçılarının diqqəti Azərbaycanda əhalinin, xüsusilə gənc nəslin, məktəblilərin yaşıllaşdırma işlərində, meşələrin mühafizəsində fəal iştirakına yönəldilmişdir.
İsmayıllı rayonunda aparılan yaşıllaşdırma işlərindən bəhs edərkən, meşələrdən istirahət üçün istifadə zamanı təhlükəsizlik qaydalarına, xüsusilə, yanğından mühafizə məsələlərinə diqqət yetirilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan ərazisinin 11,8, İsmayıllı ərazisinin isə 33 faizi meşəliklərdən ibarətdir. Meşələrimizə daim diqqət, qayğı göstərməklə faiz yanaşı mühafizəsində fəal iştirak etməliyik.
Təlimlər zamanı parnik effektinin yaranması kimi qlobal problem ön plana çəkilmişdir. Qeyd edilmişdir ki, dünya alimləri bu problemlərin həllinə çalışır. Xüsusilə, alimlər çalışırlar ki, havada olan CO2–“nin azalmasına, havadan sorularaq təmizlənməsinə nail olsunlar. Havadan CO2–“ni sora bilən qurğunun ixtirası üçün 25 milyon dollar mükafat ayrılmışdır. İqlim dəyişikliklərinin nəticəsidir ki, 700 milyon insan quraqlıq problemi ilə üzləşir.
Kənd təsərrüfatına yararlı torpaqlar şoranlaşır. Suların su saxlayan təbəqəsi çirklənir. Dünya əhalisi intensiv artır. 2050-ci ildə 9,2 milyarda çatacağı gözlənilir. Əhalini içməli su, ərzaq məhsulları ilə tam təmin etmək üçün ekoloji tarazlığın saxlanması, əkin üçün yararsız torpaqların yararlı hala salınması üçün ciddi tədbirlər görülməlidir.
Nəzərə alınsa ki, hazırda əhalinin 50 faizindən çoxu şəhərlərdə yaşayır, bu rəqəm 2030-cu ildə 80 faizə çata bilər və onda urbanizasiya prosesinin nizamlanmasına ciddi ehtiyac vardır.
Ekoloji tarazlığın pozulmasınin nəticəsidir ki, 385 milyon insan pis qidalanır, infeksion xəstəliklər artır, 20 xəstəlik var ki, dərman müalicəsilə sağalmır.
Hərbi xərclər il sürətlə artır. Ciddi böhranlara səbəb ola biləcək nüvə silahları çoxalır. Dünyada təqribən 1700 ton zənginləşdirilmiş urana malik 29.000 nüvə silahı var. Müharibələr zamanı nüvə silahlarından istifadə edilərsə, ekoloji fəlakətin qarşısını almaq mümkün olmayacaqdır.
Ekoloji böhranın, ekoloji fəlakətin baş verməməsi üçün dünya dövlətlərinin rəhbərləri yekdil rəyə gəlməlidilər. Bizi bu fəlakətdən Allah qorusun! Biz təbiətimizi böhransız, ekoloji fəlakətsiz görmək istəyirik.
İslam Mikayıllı,
GANİB-in İcraçı direktoru

Şərh Yaz