Təmiz əxlaq, möhkəm iradə

Narkomaniya və onun doğurduğu fəsadlar mövzusunda silsilə tədbirlərdən biri də 21 may tarixində şəhər 3 nömrəli tam orta məktəbində keçirilibTədbiri məktəbin direktoru Əhmədağa Əkbərov açıb. Qonaqları təqdim etdikdən sonar mövzunu elan edib. Mövzu ətrafında RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov şagirdlərin marağına səbəb ola biləcək tərzdə maraqlı məlumatlar açıqlayıb. Qısa vaxtda mövzunu tam mənimsəyən şagirdlər mövzu ətrafında sərbəst fikir yürütməyə, problemin böyüklüyünü izah etməyə müvəffəq olublar.
RTŞ-nin əməkdaşı Hümbət Əsədov çıxış edərək zərərli vərdişlərin yaranma səbəbləri, bu kimi fəsadların qarşısının vaxtında alınması barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, zərərli vərdişlərdən xilas olmağın ən doğru yolu təmiz əxlaqa, düşüncəyə və möhkəm iradəyə malik olmaqdır. Asudə vaxtın düzgün təşkil edilməsi də bu məsələdə başlıca şərtlərdəndir.
Toğrul Qasımov

Şərh Yaz