Zərərli vərdişlər fəsadsız ötmür

19 may 2015-ci il tarixdə şəhər 1 nömrəli tam orta məktəbində “Zərərli vərdişlər, narkomaniya və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri məktəbin direktoru Şahin Gənciyev açaraq qonaqları salamlayıb, mövzunu iştirakçılara elan edib. RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxış edərək zərərli vərdişlər, narkomaniya, onun yaranma səbəbləri və fəsadları ilə iştirakçı məktəbliləri məlumatlandırıb. Zərərli vərdişlər fəsadsız ötmürMaraqlı diskussiya şəklində keçən maarifləndirmə tədbirində şagirdlərdən bir çoxu ayrı-ayrılıqda mövzuya münasibətlərini bildiriblər.
RTŞ-nin metodik kabinetinin müdiri Hümbət Əsədov zərərli vərdişlərdən xilas olmağın yollarından, asudə vaxtın düzgün təşkil edilməsindən bəhs edib.
Tədbirdə iştirak edən “İsmayıllı xəbərləri” qəsetinin baş redaktoru Şahməmməd Soltanov şagirdlərin bilik və bacarıqlarına uyğun ictimai işlərə cəlb olunmasını sözü gedən məsələdə başlıca faktor kimi dəyərləndirib. O bildirib ki, ictimai işlərdə fəallıq ictimaiyyətə vaxtında və müəyyən bacarıq sahibi kimi nüfuz etməklə yanaşı yeniyetmələrdə şüurlu, faydalı əməyə bağlılıq formalaşdırır. Ş.Soltanov çıxışının sonunda şagirdləri qəzetlə əməkdaşlığa, məktəbdə keçirilən tədbirlərdə ictimai mahiyyət kəsb edən mövzulara münasibət bildirməyə dəvət edib.
Zəminə Əkbərova,
məktəbin şagirdi
Zərərli vərdişlər fəsadsız ötmür

Şərh Yaz