Maraqlı ekskursiya

Təhsil Nazirliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarə Olunması” proqramı ilə birgə əməkdaşlığı çərçivəsində 22 May – Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş məktəblilərin ekskursiyasını keçirmişdir.Maraqlı ekskursiyaEkskursiyada İsmayıllı şəhər 7 nömrəli tam orta məktəblinin VII-X sinif şagirdləri, Gənc meşəçilər dəstəsinin üzvləri iştirak etmişlər. İsmayıllı Qəbələ istiqamətində 10 min kvadrat kilometrlik ərazinin müəyyən meşə hissəsinin biomüxtəlifliyi ilə tanış olan məktəblilər ərazini öyrənmiş, qeydlər aparmış, ərazinin sxematik planını hazırlamış, bir hissədə ərazidən qırıntıları çıxarmış, təmizlik işləri aparmışlar.
Məktəblilər meşədə ekoloji cığırlar yaratmış, iri gövdəli ağacların yaşını hesablamış, qoz toxumları əkmişlər.
Ekskursiya zamanı İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin direktoru, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Etibar Abdulov, rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyev məktəblilərlə birlikdə biomüxtəlifliyin öyrənilməsində iştirak etmiş və onları maraqlandıran məsələlərə aydınlıq gətirmişlər. Ekskursiya zamanı meşələrin mühafizəsinin və bərpasının vacibliyi bir daha məktəblilərə xatırladıldı. Yekdil rəy isə belə oldu: Gələcəyimiz və sağlamlığımız naminə təbiətin təbiiliyini qorumaq hamımızın borcudur. Təbiətimiz yaşıl, suyumuz bol, üzümüz ağ olsun!
Ayşən Mikayılova,
Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək rəhbəri

Şərh Yaz