Olimpiada qalibləri ilə görüş

18-20 aprel 2015-ci il tarixlərində Bakı şəhərində keçirilən fənn olimpiadalarının final mərhələsində iştirak etmiş şagirdlərimizdən 5 nəfəri qaliblər sırasında yer tutmuş, gümüş və bürünc medallar qazanmışlar.
Olimpiada qalibləri ilə görüşAprel ayının 23-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov olimpiadada nailiyyət qazanmış şagirdlərlə görüşüb. Başçı ölkə rəhbəri cənab İlham Əliyevin təhsil sisteminin inkişafı ilə bağlı gördüyü işlərdən, bu sahəyə dövlətin qayğısından danışıb. Qaliblərə gələcəkdə daha yüksək uğurlar arzulayan M.Sadıqov onları qiymətli hədiyyələrlə mükafatlandırıb.
İki gümüş medalın sahibinə – Taleh Ağayevə (Cülyan) və Rauf Adıgözəlova (Xankənd), eləcə də bürünc medal qaşanmış şagirdlərə – Ağalətif Lətifova (şəhər 5 nömrəli), Ülvi Məmmədliyə (şəhər 6 nömrəli) və Vahab Cəbrayılova (Lahıc) Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları təqdim olunub.
Qalib şagirdlərdən Taleh Ağayev onların təhsildə və həyatda daha yüksək mövqe qazana bilmələri istiqamətində göstərilən diqqətə görə ölkə rəhbərliyinə və məktəb müəllimlərinə özü və yoldaşları adından minnətdarlıq ifadə edib.
ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, 6 nömrəli tam orta məktəbinin direktoru Qalib Bəşirov qazanılan uğurların heç də son hədd olmamasından danışıb, uğurların dinamik inkişafı üçün görülməsi vacib olan məsələlərdən söz açıblar.
Ş.Soltanov

Şərh Yaz