Tövsiyə və tapşırıqlar verilib

Aprel ayının 28-də RİH-nin başçısı Mirdaməd Sadıqovun iştirakı ilə İƏD-lər üzrə nümayəndələrin yığıncağı keçirilib.Tövsiyə və tapşırıqlar verilibBaşçı nümayəndəliklərin fəaliyyətinə toxunaraq işlərində daha fəal olmağı tövsiyə edib. May ayında rayonda əhəmiyyətli və böyük tədbirlərin keçiriləcəyinə toxunan RİH başçısı bu tədbirlərdə İƏD üzrə nümayəndələrin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Tədbirlərin hazırlanıb keçirilməsi ilə əlaqədar onlara müvafiq tövsiyə və tapşırıqlarını verib.
RİH başçısının birinci müavini Rövşən Ağayev ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Beynəlxalq Velosiped Yarışının keçirilməsi ilə əlaqədar görüləcək işlərdən danışıb.
RİH başçısının müavini Sevil Əhmədova alman faşizmi üzərində Qələbənin 70 illiyinə həsr edilmiş tədbirlərin keçiriləcəyindən və bu istiqamətdə görüləcək danışıb.
RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov Ulu öndərin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat, İƏD nümayəndələrinə verilən tapşırıqlara məsuliyyətlə yerinə yetirmək üçün lazımi tapşııqlar verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz