Təhsilə layiqli töhfə

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadlı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.Təhsilə layiqli töhfəİstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili və keçirilməsi ilə bağlı işləri obyektiv və şəffaf qaydada həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin 12 dekabr 2014-cü il tarixli 1256 nömrəli “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq olunması barədə əmrini rəhbər tutaraq Rayon Təhsil Şöbəsinin 19 dekabr 2014-cü il 94/3 nömrəli əmri ilə təşkilat komitəsi yaradılmışdır.
Respublika fənn olimpiadalarının rayon və yarımfinal turu müvəffəqiyyətlə başa çatmışdır.
18 – 20 aprel tarixdə Bakı şəhərində keçirilən fənn olimpiadalarının final mərhələsində iştirak etmiş şagirdlərimizdən 5 nəfəri qaliblər sırasında yer tutmuş, gümüş və bürünc medallar qazanmışdır. Xankənd tam orta məktəbinin IX sinif şagirdi Cəmilə Məmmədova (fənn müəllimi Rauf Adıgözəlov) coğrafiya fənni üzrə gümüş, Cülyan kənd tam orta məktəbinin X sinif şagirdi Taleh Ağayev (fənn müəllimi İxtiyar Şabanov) tarix fənni üzrə gümüş, şəhər 5 nömrəli tam orta məktəbinin X sinif şagirdi Ağalətif Lətifov (fənn müəllimi Elvüsal Babayev) biologiya fənni üzrə bürünc, şəhər 6 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Ülvi Məmmədli (fənn müəllimi Şəfəq Orucova) tarix fənni üzrə bürünc, Lahıc qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Vahab Cəbrayılov (fənn müəllimi Hikmət Haqverdili) riyaziyyat fənni üzrə bürünc medala layiq görülmüşlər.
Olimpiadanın nəticəsi onun obyektiv və şəffaf keçməsini təsdiq edir. Olimpiadanın yüksək səviyyədə təşkili, iştirakçılar üçün hər cür şəraitin yaradılması, iştirakçıların işlərinin münsiflər heyəti tərəfindən qısa müddətdə yoxlanması və obyektiv qiymətləndirilməsi olimpiada iştirakçıları və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Olimpiadadan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqovun nailiyyət qazanmış şagirdlərlə görüşü uzun müddət yaddaşlardan silinməyəcəkdir.
Respublikamızda təhsilə göstərilən qayğı və diqqətə görə ölkə prezidenti İlham Əliyevə, istedadların aşkara çıxarılması üçün yaradılmış münbit zəminə görə təhsil naziri Mikayıl Cabbarova, eyni zamanda göstərilən yüksək ehtimada görə rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqova öz dərin minnətdarlığımızı bildirir, əmin edirik ki, Azərbaycan təhsilinin dinamik inkişafı yolunda yüksək zirvələrin fəth edilməsində İsmayıllı təhsil işçiləri bundan sonra da öz töhfələrini əsirgəməyəcəklər.
H.Əsədov,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodik kabinetinin direktoru

Şərh Yaz