İməcilik keçirilib

Aprel ayı ağacəkmə üçün olduqca münasib vaxtdır. Elə bu səbəbdən də rayon ərazisində növbəti iməcilik keçirilib. İməcilikdə rayonda fəaliyyət göstərən idarə və təşkilatlar, inzibati ərazi üzrə nümayəndəliklər və bələdiyyələr iştirak ediblər.İməcilik keçirilibRayonun ərazisindən keçən avtomobil yollarının kənarındakı ağacların gövdələri ağardılıb və yeni ağaclar əkilib. Ağartma işlərində Talıstan, Diyallı, Təzəkənd, Tircan, Cülyan, Xanagah inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələr, ağacəkmə işlərində isə “Finca” BOKT MMC-nin İsmayıllı filialı xüsusilə fərqləniblər. Filial tərəfindən Muğanlı-İsmayıllı avtomobil yolunun Diyallı ərazisindən keçən hissəsində 150 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar aqrotexniki qaydalara uyğun olaraq suvarılıb və gövdəətrafı mühafizə dayaqlarına bağlanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz