Qayğı davamlı xarakter daşıyacaq

İsmayıllı Rayon İcra Hakimiyyətində aprel ayının 24-də Г‡ernobıl qəzasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Qayğı davamlı xarakter daşıyacaqRayon İcra Hakimiyyətinin konfrans zalında başçı Mirdaməd Sadıqov qəzanın zərərsizləşdirilməsində iştirakçı olan həmyerlilərimizlə görüşüb.
Tədbirdə RİH başçısının müavinləri, Gernobıl Əlilər Cəmiyyətinin İsmayıllı rayon şöbəsinin sədri, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
RİH başçısı Mirdaməd Sadıqov Г‡ernobıl qəzası iştirakçılarının sosial həyat şəraiti və sağlamlıq durumları ilə maraqlanıb, onlara göstərilən dövlət qayğısının davamlı xarakter daşıyacağını bildirib.
35 nəfər Г‡ernobıl əlilinin hər biri rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.
Gernobıl Əlilər Cəmiyyətinin İsmayıllı rayon şöbəsinin sədri Məleykə Lətifova göstərilən diqqət və qayğıya görə uzun illərin sağalmaz yaraları olan çernobılçılar adından ölkə rəhbərliyinə və başçıya minnətdarlığını bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz