Bələdiyyələr perspektivli və gələcəyi olan orqanlardır

Müsahibimiz – Topçu bələdiyyəsi sədrinin müavini Rəfael Bilal oğlu Ocaqovdur.Bələdiyyələr perspektivli və gələcəyi olan orqanlardırRespublikamızın bələdiyyə seçkiləri tarixində sayca dördüncü olan 2014-cü il dekabrın 23-də keçirilmiş seçkilərdən yüz gün keçdi. Demokratik seçkilərdə respublikamızda fəaliyyət göstərən 1718 bələdiyyəyə 15.591 nəfər üzv seçilmişdir. Bu seçkilərin özəlliklərindən biri daha çox gəncin seçki marafonuna qoşulması və rəqibləri arasında üstünlük qazanmasıdır. Təsadüfi deyildir ki, respublika üzrə seçilmiş bələdiyyə üzvlərinin 5450 nəfəri, başqa sözlə desək, 36,42 faizi məhz gənc nəslin nümayəndələridir. Respublika gənclərini təmsil edən nümayəndələrdən biri də müsahibimiz – Topçu bələdiyyəsi sədrinin müavini Rəfael Bilal oğlu Ocaqovdur.
– Rəfael müəllim, yaxşı olardı ki, haqqınızda oxuculara qısa məlumat verəsiniz.
– 28 may 1987-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində doğulmuşam. Buynuz kənd orta məktəbini bitirmişəm. 2006-cı ildə İqtisad Universitetinin iqtisadiyyatın tənzimlənməsi fakültəsinə daxil olub, 2010-cu ildə oranı bitirmişəm. 2008-2011-ci il aralığında MEA-da iqtisadçı, 2011-2013-cü illərdə Ekologiya və Təbii Sərvətlər n altı rayon üzrə mühasib işləmişəm. 2013-cü ildən etibarən isə Access bankda kredit mütəxəssisi kimi fəaliyyət göstərirəm. Ailəliyəm, bir övladım var.
– Məlumdur ki, bələdiyyə seçkiləri artıq tarixin bir səhifəsinə çevrilib. Ancaq fikrinizi öyrənmək maraqlı olardı: seçkilər necə keçdi? Bələdiyyə üzvü seçilmək çətin olmadı ki?
– Heç kəsə sirr deyil ki, bələdiyyə seçkiləri respublikamızda keçirilən digər seçkilərdən fərqli olaraq gərgin mübarizə və güclü rəqabət şəraitində keçir. Г‡ünki, seçkilərdə müxtəlif maraqları təmsil edən daha çox namizəd iştirak edir və seçilmək iddiasını reallaşdırmaq əzmini nümayiş etdirir. Bu baxımdan seçkilərə qatılmaq və sonda qalib çıxmaq təbii ki, heç də asan deyildi.
– Rəqibləriniz çox idi?
– Təbii ki. Onların arasında kifayət qədər güclü rəqiblər də vardı, amma seçicilərimiz öz layiq bildikləri namizədlərinə səs verərək, qarşıdakı beş illik səlahiyyət mandatını həmin şəxslərə həvalə etdilər.
– Seçilməyinizdə gənc, ali təhsilli və çalışqan olmağınızın da müəyyən rolu olub, deyilmi?
– Doğrudur. Hazırda dövlətimiz də, xalqımız da gənc nəslin inkişafına, bilikli və bacarıqlı gənclərin önə çəkilməsində, tanıdılmasında, onlara etimad göstərilməsində olduqca maraqlıdır. Bu gün həm ölkə daxilində, həm də beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da artırılmasında, mövqelərinin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu danılmazdır. Eyni zamanda, hakimiyyət orqanlarında da gənclərin inamla təmsil olunması, ölkənin siyasi həyatında fəal iştirak etməsi günümüzün reallıqlarındandır.
– Rəfael müəllim, bələdiyyələrin cəmiyyətdəki yeri barədə düşüncələrinizi bilmək oxucular üçün də maraqlı olardı…
– Bələdiyyələr demokratik təsisatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Demokratik, müstəqil, hüquqi, dünyəvi və unitar dövlət quruculuğu yolu seçən Azərbaycanda bələdiyyələrin yaradılması və təşəkkül tapması obyektiv zərurətdən irəli gələn qanunauyğunluqdur. Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bələdiyyələrin yaradılması ilə respublikamızda həyata keçirilən islahatlar arasında sıx əlaqə vardır. İslahatların həyata keçirilməsi bələdiyyələrin yaradılması və uğurla fəaliyyət göstərməsi üçün zəmin yaradır. Bələdiyyələrin təşəkkül tapması isə islahatların həyatiliyini bir daha təsdiqləyir və böyük fayda verir.
– Bəzən ayrı-ayrı şəxslərin bələdiyyə qurumlarına inamsızlıq ifadə olunan çıxışlarına da rast gəlinir. Bu barədə nə deyə bilərsiniz?
– Bələdiyyə institutu, yerli özünüidarəetmə orqanlarının işi ilə yaxından tanış olmayanlar haqsız yerə bələdiyyələri səriştəsizlikdə, fəaliyyətsizlikdə günahlandırırlar. Onların fikri reallıqları əks etdirmir. Bəzi qeyri-hökumət təşkilatları, ekspertlər, siyasətlə məşğul olanlar bələdiyyələrə müstəsna səlahiyyətlər verilməsi təkliflərini irəli sürməklə bu orqanı tam müstəqil bir qurum kimi görmək istəyir və icra strukturları ilə əlaqələrinin aradan qaldırılmasını, paralel tədbirlərin görülməməsini tövsiyə edirlər. Ancaq onlar müstəsna səlahiyyət anlayışının mahiyyətini düzgün izah edə bilmirlər və təəssüflər olsun ki, bələdiyyələrin icra orqanları və digər qurumlarla əlaqəli fəaliyyətlərini, əməkdaşlıqlarını, birgə tədbirlərini yerli özünüidarəetmə səlahiyyətlərinin pozulması, zəifləməsi kimi dəyərləndirirlər. Bu, heç də düzgün yanaşma deyil, əksinə, bələdiyyələr ətrafdakı orqanlarla, təşkilatlarla nə qədər qədər çox qaynayıb-qarışsalar, bir o qədər çox iş görmüş
və hörmət qazanmış olarlar.
Yaxşı haldır ki, bu gün ölkə bələdiyyələri dövlət siyasətini dərindən başa düşən, qiymətləndirən və ona dəstək verən bir orqana çevriliblər. Bələdiyyələr reallıqları görür və öz fəaliyyətlərini bu zəmin üzərində qururlar. Bələdiyyələr yaxşı bilirlər ki, onlar demokratiyanın, zamanın yetirmələridir. Buna görə də bələdiyyə institutu
da məhz zamanın gedişi prosesində real həyata uyğun formalaşıb inkişaf etməlidir. İnkişaf yolu keçmiş
demokratik ölkələrin bələdiyyələrinin fəaliyyəti, təcrübəsi bunu deməyə əsas verir. Bu gün Azərbaycan
bələdiyyələrinin qarşısında ölkənin sosial-iqtisadi həyatında köklü dəyişikliklər etmək vəzifəsini qoymaq
və onlara ciddi problemləri həll etmək səlahiyyətləri vermək məqsədəuyğun deyil. Yerli özünüidarəetmə orqanlarının öyrənməyə, təkmilləşməyə ehtiyacı var.
– Gəlin, etiraf edək ki, bələdiyyələrin bugünkü fəaliyyəti heç də ideal deyil.
– Əlbəttə, bu gün bələdiyyələrin fəaliyyətində bir çox nöqsanlar, çatışmazlıqlar, həllini gözləyən problemlərmövcuddur. Ancaq bəzi insanların səsləndirdiyi kimi, bələdiyyələr tam səlahiyyətsiz, fəaliyyəti nəzərə çarpmayan, kimdənsə asılı orqanlar deyildir. Əgər yerli özünüidarəetmə orqanları əsaslı qanunlarla tənzimlənən səlahiyyətlərə və imkanlara malikdirlərsə, onların səmərəli işləməsi üçün ölkədə lazımi şərait yaradılıbsa, mövcud nöqsanları kənarda deyil, daxildə axtarmaq lazımdır. Azərbaycanda bələdiyyə institutunun qarşılaşdığı ən birinci problem bələdiyyə – vətəndaş münasibətlərinin düzgün qurulmaması və bu sahədə fəaliyyətin səmərəli istiqamətləndirilməməsidir. Əsas nöqsanlar yerli özünüidarəetmə orqanlarında şəffaflığın və aşkarlığın dolğun təmin edilməməsi, vergi və ödənişlərin lazımi səviyyədə toplanmaması, müəyyən layihələrin həyata keçirilməməsi, bəzi neqativ hallara yol verilməsi və sair bu amillərlə bağlıdır.
Vətəndaş cəmiyyətinin bir forması kimi bələdiyyələr insanlarla, seçicilərlə sıx təmasda olmalı və birgə işləməlidir. İstər dövlət, icra strukturları, istər qeyri-hökumət təşkilatları, istərsə də sahibkarlar olsun, fərqi yoxdur, bu qurumlarda çalışanların əksəriyyəti Azərbaycan vətəndaşıdır, seçicidir və onların hər biri bələdiyyələrə münasibətdə dövlət mövqeyindən çıxış etməyə borcludur. Sözsüz ki, hər bir qurumun, vətəndaşın digərinə sağlam münasibəti həm ölkənin inkişafı, həm də insanların rahatlığı, mənafeyi baxımından əhəmiyyətlidir.
Bu gün hansı ərazidə icra strukturları ilə bələdiyyələrin birgə fəaliyyəti səmərəli qurulubsa, orada yaxşı nəticələr nəzərə çarpır və bu, insanlar tərəfindən qiymətləndirilir. Bu, bələdiyyə-vətəndaş münasibətlərinə də aiddir.
Müəyyən qurumların, sahibkarların, iş adamlarının bələdiyyələrə münasibəti köklü şəkildə dəyişilməli, əlaqələr qanunvericiliyə uyğun sağlam əsaslar üzərində qurulmalıdır. Г‡ünki bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi ilk növbədə vətəndaşlarla münasibətin qurulmasından və nəticədə, yerli
özünüidarəetmə orqanlarının maliyyə bazasının möhkəmlənməsindən asılıdır. Əlbəttə ki, lazımi maliyyə vəsaitinə malik olmayan bələdiyyə bir iş görməyə, eləcə də vətəndaşların etimadını doğrultmağa
qadir deyil. Azərbaycan iqtisadi cəhətdən dünyanın inkişaf etmiş ölkələrindən biridir. Nəinki iqtisadiyyatımızda, mədəniyyətimizdə, mənəviyyatımızda, sosial həyatımızda köklü dəyişikliklər baş vermişdir və bu gün sosial-iqtisadi inkişaf durmadan sürətlənir. Respublika ərazisində yüzlərlə istirahət, əyləncə mərkəzi, turizm bazası, şadlıq evi, hotel, restoran, sağlamlıq guşəsi, ictimai-iaşə obyekti və sair fəaliyyət göstərir. Qanunvericiliyə görə, bələdiyyə ərazilərində fəaliyyət göstərən bu kimi obyektlər öz
gəlirlərindən bələdiyyələrin hesabına müəyyən ödənişlər etməlidirlər. Təəssüflər olsun ki,onların çox az hissəsi bələdiyyə hesabına vəsait köçürür.
Halbuki, bu obyektlərin çoxunun gediş-gəliş yolları, əraziləri çox vaxt bələdiyyələrin hesabına təmizlənir, qaydaya salınır.
Yerli vergilərin toplanmasında da bələdiyyələr belə hallarla tez-tez rastlaşırlar. Vətəndaş torpaq və əmlak vergisini verməkdən imtina edir və özünün seçdiyi orqanı çıxılmaz vəziyyətdə qoyur.
Vətəndaş həm də seçicidir və o, seçdiyi orqanın fəaliyyəti ilə maraqlanmağa borcludur. O öz bələdiyyəsinin yığıncaqlarında iştirak edib müəyyən təkliflərini verməklə bərabər, həm də ondan görülən işlərə dair hesabat tələb edə bilər. Ancaq vətəndaş – seçici laqeydliyi bu sahədə də özünü göstərir. Əksər seçicilər bələdiyyə seçkilərində iştirak edib bələdiyyə üzvlərini seçməklə öz işlərini bitmiş hesab edir və sonrakı beş ildə bir dəfə də olsun seçdikləri orqanın fəaliyyəti ilə maraqlanmırlar. Belə olan halda bələdiyyə tamamilə seçici nəzarətindən kənarda qalır.
Faktlardan göründüyü kimi, bu gün bələdiyyələrimizin əsas problemi onlara daha yüksək səlahiyyətlərin verilməsində, külli miqdarda maliyyə vəsaitinin ayrılmasında deyil, əsas problem bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin normal, yüksək səviyyədə qurulmamasındadır. Fikrimizcə, bir çox nöqsanların səbəbi budur. Biz vətəndaş, həm də seçici olaraq seçdiyimiz orqanın – bələdiyyələrin fəaliyyəti ilə müntəzəm olaraq yaxından maraqlanmalı, ona yardımçı olmalı nə nüfuzunu qorumalıyıq.
– Bəs nə kimi planlarınız var?
– Topçu bələdiyyəsi üç kəndi –“ Topçu, Buynuz və Şirvanmeşə kəndlərini əhatə edir. Bələdiyyə ərazisində 2194 nəfər əhali yaşayır. Əsas missiyam o olacaq ki, sakinlərlə daha sıx münasibətdə olum. Bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmlənməsi istiqamətində müxtəlif işlər görüm. Bələdiyyə sakinləri istədikləri zaman hər hansı məsələ və ya məsləhətlə bağlı bələdiyyə qapısını tərəddüd etmədən döyə bilsinlər. Bələdiyyəmizin təhsilə və səhiyyəyə qayğısının artırılması istiqamətində də müəyyən planlarım var. Kəndlərimizin digər problemlərindən biri də yolların yararsız vəziyyətdə olmasıdır. Düzdür, əvvəllər bir neçə dəfə bəzi küçələrə çınqıl tökülsə də, yağış və qar suları həmin yolları yenidən keçilməz hala salıb. Bələdiyyə ərazisində istifadə müddətini başa vurmuş, yarasız hala düşmüş elektrik dirəkləri və elektrik xətləri hələ də mövcuddur. Hava şəraiti pisləşdikdə bu xətlərdə nasazlıqlar meydana çıxır. Və bu da sakinlərin həyatı üçün ciddi təhlükə yaradır. Müvafiq qurumlarla əlaqələr saxlayıb bu problemlərin həllinə nail olmağa çalışacağam.
– Rəfael müəllim, bələdiyyələrin gələcəyini necə görürsünüz?
– Bələdiyyələr perspektivli və gələcəyi olan orqanlardır. Yaxşı gələcək bu orqanlardan beynəlxalq təcrübəyə və yerli reallıqlara əsaslanaraq formalaşma tələb edir. Г‡ünki bələdiyyələr ölkəmizin sürətli inkişafı və əhalinin daha yaxşı yaşamaq tələbatı şəraitində öz fəaliyyətlərini düzgün qurmaq və qarşıya çıxan məsələləri həll etmək baxımından çevik bir orqana çevrilməklə bərabər, həm də təkmilləşdirməlidirlər. Kiçik, maliyyə imkanları məhdud olan bələdiyyələrin fəal, yaxşı iş təcrübəsinə və bacarığa malik bələdiyyələrlə birləşməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətində əsaslı dönüş yarada bilər. Bələdiyyələrin birləşməsi inzibati xərclərin azalmasına, mülkiyyətin genişlənməsinə, kadr qıtlığının aradan qaldırılmasına və işə nəzarətin daha yaxşı həyata keçirilməsinə imkan yaradar.
Yerli özünüidarəetmə orqanlarının gələcək səmərəli fəaliyyəti, əhali ilə sağlam, işgüzar münasibətlərin yaradılması, faydalı işin təşkili, seçicilərin etimadının qazanılması bələdiyyələrin özündən çox asılıdır.
Bunun üçün hər bir bələdiyyə üzvündən təşkilatçılıq bacarığı, işə doğma münasibət, operativlik və prinsipiallıq tələb olunur. İnanıram ki, bələdiyyələrimiz onlara yaradılan imkan və şəraiti düzgün
qiymətləndirəcək, gələcəkdə də seçicilərin onlara göstərdiyi etimadı doğruldacaqlar.
– Maraqlı müsahibə üçün təşəkkür edirəm.
– Buyurun.
Sahil Abbasbəyli

Şərh Yaz