Hər zaman köməyə tələsirlər

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (QAC) yarandığı gündən hər zaman xalqla olmuş, ehtiyacı olanlara humanitar yardım, təmənnasız sosial-tibbi xidmətlər göstərmiş, müxtəlif təbii fəlakətlərdən zərər çəkmiş adamların köməyinə çatmışdır.Hər zaman köməyə tələsirlərAzərbaycanın müstəqilliyi dövründə Cəmiyyət də xeyli inkişaf etmiş, yeniləşmişdir. Buna əsas səbəb prezident İlham Əliyevin hər zaman QAC-a qayğı ilə yanaşmasıdır. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qəbul edilmiş Qanun, “Qızıl Aypara Günü”nün təsis edilməsi, Nazirlər Kabinetinin müvafiq sərəncamları buna misal ola bilər.
Cəmiyyətin fəaliyyətində sosial sahələrə önəm verilmiş, bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinə həmişə diqqət yetirilmişdir. Gənclərin və könüllülərin bu sahələrə geniş cəlbi işlərin daha da yüksək səviyyədə getməsinə təkan verir.
Son vaxtlar əsas istiqamətlərdən olan yerli bölmələrin inkişafı, üzvlərinin sayının artırılması diqqət mərkəzində saxlanmışdır. QAC-ın İsmayıllı rayon bölməsi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu işlərə kimsəsiz qocalara, aztəminatlı ailələrə yardım göstərilməsi, onlara ərzaq bağlamalarının, bəzi şagirdlərə məktəbli ləvazımatlarının paylanması və sair misal göstərmək olar. Könüllülərin köməyi ilə tənha qocalara kömək göstərmək artıq adət halını alıb. Qanvermə tədbirlərində də fəallıq göstərilir.
Bir maraqlı faktı da qeyd etmək yerinə düşər. Keçən il QAC-ın 95 illik yubileyi qeyd edildi. Təsadüf elə gətirdi ki, şəhər sakini Durna İmaməliyevanın da anadan olmasının 95 ili tamam olmuşdu. Rayon bölməsinin könüllüləri ona baş çəkmiş, hədiyyələr təqdim etmişlər.
Rayon bölməsi “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsində iştirak edərək İsmayıllı şəhərində, Kürdmaşı, Təzəkənd, Diyallı, Tircan kəndlərində bir sıra körpü, yol-təmir işləri həyata keçirilmişdir.
Rayon bölməsinin könüllüləri insan alverinə qarşı mübarizə ilə əlaqədar maarifləndirici seminarlar həyata keçirirlər. Bu tədbirlər davam etdirilir.
Azərbaycan QAC-nın 95 illik yubileyi münasibətilə İsmayıllı rayon bölməsinin sədri Tofiq Soltanov cəmiyyətin yubiley medalı ilə təltif edilməsi göstərir ki, kollektiv köməyə ehtiyacı olanların yanına tələsir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz