Rayon Gənclər və İdman idarəsinə

Hörmətli gənclər, çalışdığınız təşkilatın –“ rayon Gənclər və İdman İdarəsinin yaranmasının 20 ilinin tamamı münasibətilə Sizi ürəkdən təbrik edirəm, hər birinizə dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində uğurlar arzulayıram. Rayon Gənclər və İdman idarəsinəBir vaxtlar mən də gənclər təşkilatına –“ rayon Komsomol Komitəsinə rəhbərlik etmişəm. Gənclərlə işləmək həmişə məndə razılıq yaradıb. Bu gün də mən, əziz gənclər, sizinlə bir yerdəyəm, sizinlə birgə fəaliyyətdəyəm. Г‡alışıram ki, hər bir sahədə gənclərə yardımçı olum, bu günümüz üçün yararlı olan təşəbbüslərinizi dəstəkləyirəm. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov uzun illər gənclərlə işləyib. Gənclik həvəsi və qüvvəsi ilə bu gün də işləməsi, hər an sizinlə bir yerdə olması bizi də dövlət gənclər siyasətinin həyata keçirilməsinə səfərbər edir.
Biz sizin uğurlarınıza, nailiyyətlərinizə ürəkdən sevinirik. Sizi vətənpərvərlik, milli, dövlət mövqeyində daha dönməz, daha möhkəm görmək istəyirik. Sevinirik ki, siz bu istəyə ən yüksək səviyyədə cavab verirsiniz.
Əminəm ki, siz bundan sonra da ümummilli lider Heydər Əliyevin bizə əmanət etdiyi yolla daha inamla gedəcək, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəksiniz.
Sevil Əhmədova,
İsmayıllı RİH başçısının müavini

Şərh Yaz