20 ilin zirvəsindən baxanda

Rayon Gənclər və İdman İdarəsinin 20 illik uğurlu həyatının son bir il yarımlıq dövründə iştirak etmişəm. 20 ilin zirvəsindən baxandaSosial-iqtisadi, siyasi-ideoloji, mənəvi-mədəni sahələrdə təhsil və idmanın inkişafında idarənin üzərinə düşən məsuliyyəti dərindən dərk edirəm. Dövlət Gənclər və İdman siyasətinin rayon ərazisinində müvəffəqiyyətlə həyata keçirilməsi üçün kollektivimizlə birgə normativ sənədləri əsaslı surətdə öyrənirəm. Həm də özüməqədərki idarə rəislərinin müsbət təcrübəsindən yararlanmağa çalışıram.
İdarənin fəaliyyətini əvvəlki illərdən daha müsbətə doğru fərqləndirən odur ki, rayon icra hakimiyyətinin rəhbərliyi dövlət gənclər və idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamalarının tələbləri səviyyəsində həyata keçirilməsini təmin edir.
Yaşayış yerindən, təhsil səviyyəsində, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir gəncin təhsilinin, məşğulluğunun artırılması, intellektual səviyyəsinin yüksəldilməsi, informasiya -kommunikasiya texnologiyaları ilə işləmək bacarığına yiyələnməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bilavasitə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ideya müəllifliyi ilə gənclərə yönəlik hazırlanan layihələr onlar tərəfindən icra üçün qəbul edilir. Ötən müddətdə ingilis dili və dizayner kursları təşkil olunmuş və həmin kursları müvəffəqiyyətlə keçən gənclər innovasiya mərkəzində birləşib, yeni layihələr işləyir, bir çox layihələrin icrasında fəal iştirak edirlər. “İnnovasiya Mərkəzi” qeyri hökümət təşkilatı layihəsinin gənclərin geniş tərkibdə toplandığı Uşaq kitabxanasında təqdimatı olub. Mərkəzdə cəmləşən gənclər və idman idarəsinin könüllüləri kimi, tədbirlərdə çox fəal iştirakçı olur, bilik və idman yarışlarında aparıcı qüvvə kimi çıxış edirlər. İdarənin məsləhətçi-mühasibi Kamilə Bağırovanın yazısında idarəmizin tarixinə toxunulub. Mən daha çox bu günümüzə diqqət yetirir, bəzi uğurları diqqətə çatdırmaq istəyirəm.
Rayonun gənclər həyatının canlanmasında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci əhəmiyyətli rol oynayır. Kollecin tələbə gənclər təşkilatı rayon gənclər və idman idarəsi ilə birgə intellektual oyunlar, müsabiqələr, idman yarışları və bir çox digər tədbirlər keçirilməsinə fəallıq nümayiş etdirir.
20 illiyimizin tamamında ən böyük müvəffəqiyyətimizi onu hesab edirəm ki, gənclərimizin təbliğat, təşviqat fəallılğı sayəsində onlayn səsverməsi ilə rayonumuzu 2015-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçə bildik. 56,1 faiz səs topladıq.
Dövlət gənclər siyasəti ilə bağlı qazanılan müvəffəqiyyətlərimizi geniş təsvir etmədən demək istərdim ki, gənclər üçün yaradılan şəraitin nəticəsi olaraq vətənpərvərlik tərbiyəsi, milli qəhrəmanların tanıdılması, şəhidlik məktəbinin öyrədilməsi, gənclərin milli-mənəvi dəyərlərə yiyələnməsi , zərərli vərdişlərdən uzaqlaşması sayəsində nailiyyətlər ardıcıl olaraq artır.
Rayon Təhsil Şöbəsi, rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə keçirdiyimiz inşa yazı, rəsm, bədii qiraət, musiqi müsabiqələri, yürüşlər, turist səfərləri miqyasına və əhatə dairəsinə görə daha çox fərqlənir. Bilik yarışları son illərdə daha intensiv xarakter alıb. Ümumiyyətlə, bütün görülən işlərin yenidən diqqətə çatdırılmasına ehtiyac yoxdur. Onların böyük əksəriyyəti kütləvi informasiya vasitələrində, rayon icra hakimiyyətinin saytında, “İsmayıllı xəbərləri” qəzetində əksini tapıb. Bu informasiyalarda Peşə Tədris Mərkəzinin və “Gəncləri Anti-Narkomaniya” ictimai birliyinin adları daha çox çəkilir.
Г‡ox yerinə düşdü ki, İsmayıllı gəncləri rayon Gənclər və İdman İdarəsinin yaradılmasının 20 illiyi ərəfəsində Azərbaycan Televiziyasının Müasir Azərbaycan Gəncliyi (MAG) proqramında müvəffəqiyyətlərdən geniş danışa bildilər.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsi olaraq idman ölkəsinə çevrilmiş Azərbaycanın sürətli inkişafına müvəffəqiyyətlə qoşulan İsmayıllıda da idman sürətlə və keyfiyyətlə inkişaf edir. Bu inkişafın əsasında 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi Olimpiya-İdman Kompleksi durur. Bir çox idman növləri üzrə keçirilən yarışlara İdman Kompleksi ev sahibliyi edir. Qarşılıqlı əməkdaşlıq şəraitində işləməyimiz yüksək nəticələrini verməkdədir.
İlk olaraq onu qeyd edim ki, idmançılarımızın nailiyyətləri, yarışları rayon, Respublika miqyasından Beynəlxalq miqyasa çıxır. Başqa uğurlu işlərdə ad çəkməmişəm .Burada da adları qeyd etmədən oxucuların diqqətinə çatdırıram ki, idmançılarımız sırasında artıq Dünya və Avroopa çempionları vardır. Böyük futbol yaranmağa və təşkilatlanmağa başlayır. Futzalda uğurlar artır. Karate, cüdo, qol güləşi, Г‡İDN, şahmat üzrə gənclərin daha çox qələbə qazanmaları diqqəti cəlb edir.
Rayon İcra Hakimiyyətinin rəhbərliyinin idmançılara qayğısı, idmanın inkişafı üçün şərait yaratması öz müsbət nəticələrini göstərir. Bu nəticələrdən ən diqqətçəkəni odur ki, iki idmançımız Avropa oyunlarına lisenziya qazanıb.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun sərəncamı ilə yaradılmış yerli idman federasiyaları da (bu təcrübə ilk olaraq İsmayıllı rayonuna məxsusdur) müxtəlif idman növlərinin inkişafında həlledici rol oynayır.
Məncə, elə bu diqqətin nəticəsidir ki, 13 yaşlı qzılar arasında keçirilən futbol yarışında Hacıhətəmli kənd tam orta məktəbinin komandası Respublika çempionu olmuşdur. Bu uğuru ilk hesab edir, davamlı olması üçün tədbirlərgörürük.
Qaydadır ki, yubileylərdə daha çox nailiyyətlərdən danışılır. 20 ilin zirvəsindən keçilən yola baxdıqda, çox böyük işlərin görüldüyünün şahidi oluruq. Onu da dərindən dərk edirik ki, daha gərgin işlər bundan sonradır, hələ qarşıdadır. Biz onların uğrunda səfərbər sıralardayıq.
Taleh Salehov,
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi

Şərh Yaz