İlk gündən uğrulara doğru

XX əsrin sonlarında yenidən müstəqilliyə qovuşan Azərbaycan Respublikası öz varlığının ilk illərində bir çox ağır sınaqlara məruz qaldı. Gənclər diqqət mərkəzindən kənarda qaldıqları üçün təşkilatlanmır, qüvvələri pərakəndələşir, zərərli vərdişlərə meylləri artırdı.İlk gündən uğrulara doğruÜmummilli liderimiz, Azərbaycan dövlətinin və millətinin xilaskarı Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Respublikada gənclərlə iş sahəsində yaranan boşluq aradan qaldırıldı. Bunun nəticəsi olaraq 1994-cü ilin 26 iyulunda, gənclər və idman siyasətini həyata keçirən bir qurum –“Gənclər və İdman Nazirliyinin yaranması haqqında Ümummilli liderimiz tərəfindən fərman imzalandı.
Bu qurum gənclərin dövlət quruculuğuna cəbl olunmasında, onların respublikanın sosial-iqtisadi həyatında fəal iştirakında əhəmiyyətli bir təşkilat oldu. Bütün bunların nəticəsi olaraq, 28 aprel 1995-ci ildə isə rayonlarda, eləcə də İsmayıllıda rayon Gənclər və İdman İdarəsi yaradıldı. Həmin tarixdən keçən 20 il ərzində idarəmiz bir çox beynəlxalq, respublika və rayon səviyyəli tədbirlərə qatılmış və idarəni təmsil edən gənclər isə həmişə ön sıralarda olmuş, müstəqil dövlətin ənənələrini uca tutmuşlar.
20 il ərzində idarə daha da formalaşmış və bir çox uğurlara imza atmışdır. Ən böyük uğur isə 2015-ci ildə, idarənin yaradılmasının 20-ci ilinin tamamında rayonumuzun “Azərbaycanın Gənclər Paytaxtı” seçilməsidir.
1994-cü il 29 iyul tarixdə Ulu öndərin “Dövlət Gənclər Siyasəti haqqında” imzaladığı fərman Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il “2 fevral -Azərbaycan Gəncləri Günü”Respublikamızda və bölgələrdə geniş qeyd olunur.
Hər üç ildən bir Respublika Prezidentinin gənclərlə görüşü – Gənclər Forumunun keçirilməsi bir neçə gün davam edir.
Rayon Gənclər və İdman İdarəsinin funksiyaları çox genişdir. Belə ki, idarə rayonda gənclər və idman siyasətinin həyata keçirilməsində, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, intellektual oyun və bilik yarışmalarının keçirilməsində mühüm əhəmiyyət kəsb edir. İdarədə 5 dövlət qulluğu ştatı və bir müqavilə ilə işləyən işçi çalışır.
20 il ərzində idarə rəisi vəzifəsində 1995-ci ilin aprelindən -1996-cı ilin mayına kimi Firdovsi Cavadov, 1996-cı ilin mayından 2007-ci ilin aprelinədək Rüstəm Səmədov, 2007-ci ilin aprelindən 2009-cu ilin avqustuna kimi Vüqar Muradəliyev, 2009-cu ilin avqustundan 2013-cü ilin noyabrınadək Elçin Nəcəfli işləyib. Hazırda Taleh Salehov idarənin rəisi vəzifəsində çalışır.
İdarənin yarandığı gündən burada işləyirəm. Bu illər ərzində kollektiv qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmiş, dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurlar əldə edilmişdir. İndi daha fəalıq, daha mütəşəkkilik.
20 illik yubileyimizlə əlaqədar keçmiş rəisləri də təbrik edirəm. Arzu edirik ki, son vaxtlar idarədə və rayonda mövcud olan işgüzarlıq, fəallıq davamlı olsun, gənclər və idman siyasətinin həyata keçirilməsində uğurlarımız daha da artsın.
Kamilə Bağırova,
Rayon Gənclər və İdman İdarəsinin məsləhətçi-mühasibiİlk gündən uğrulara doğru
İlk gündən uğrulara doğru
İlk gündən uğrulara doğru
İlk gündən uğrulara doğru

Şərh Yaz