Böyük qələbəyə səsləyən zəfər

Г‡anaqqala zəfəri bizi Qarabağın azad olunması uğrunda böyük qələbəyə səsləyirBöyük qələbəyə səsləyən zəfərBu fikirlər YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin şəhər 3 nömrəli tam orta məktəbdə müəllim kollektivinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirdiyi dəyirmi masada səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri, məktəbin Uşaq birliyi rəhbəri Əsli Süleymanzadə qeyd edib ki, Г‡anaqqala döyüşləri müharibələr tarixinə özünün misilsiz adını yazmışdır. Bu savaşlar nəticəsində türklər dünyaya öz döyüş əzmlərini sübut etmişlər. Min illik döyüş təcrübəsi olan böyük türk millətinin Birinci dünya müharibəsindəki zəfəri bu ulusun bir daha yenilməz olduğunu təsdiqləmiş oldu. Bu qalibiyyət savaşın taleyində əhəmiyyətli dönüş yaratmış və onu daha bir neçə il uzatmışdır. Г‡anaqqala döyüşləri, əsrimizin ən böyük döyüşlərindən biridir.
Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd etdi ki, həqiqətən də Г‡anaqqala savaşında Türk millətinin göstərdiyi əzmkarlıq, birlik, ölümdən zərrə qədər qorxma hissinin olmaması, torpaq uğrunda son damla qanını fəda etmə duyğusu bu deyilənləri bir daha təsdiqləyir. Üstündən yüz ilə yaxın bir müddət keçməsinə baxmayaraq insanlar Г‡anaqqala adını eşidəndə qəhrəman türk millətinin əzmkarlığına heyran olur və bu şərəfli mücadilə hər bir kəsi düşündürməklə yanaşı onlarda əsl vətənpərvərlik irsini tərbiyə edir.
Tədbirdə məktəbin direktoru Əhmədağa Ələkbərov, tarix müəllimi Vasif Cabbarov və başqaları çıxış edərək Г‡anaqqala zəfərinin tarixdə və türk dünyasında rolundan danışmışlar.
Orxan Qasımov,
məktəbin şagirdi

Şərh Yaz