Azərbaycanın payı

İkinci Dünya müharibəsində alman faşizm üzərində qələbədən 70 il keçir. Azərbaycanın payıHəmin qanlı-qadalı günlər bizdən nə qədər uzaqlaşsa da bəşəriyyət, sülhsevər insanlar tərəfindən unudulmayacaqdır. Axı bütün dünya böyük bir bəladan xilas olmuşdur. Ona görə də sülhsevər insanlar hər il bu qələbə gününü qeyd edirlər. İllər keçdikcə keçmiş döyüşçülərin sıraları get-gedə seyrəlir. Ona görə də veteranlara dövlət qayğısı daim diqqətdə saxlanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “Veteranlara dövlət qayğısı proqramı” bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkə prezidentinin 9 May –“ Qələbə Günü münasibətilə veteranlarımızın sosial problemlərinin həllinə yönəldilən sərəncamları dediklərimizə yaxşı nümunədir. Dövlətimizin veteranlara, Qarabağ müharibəsi döyüşçülərinə belə qayğı göstərməsi böyüməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsinə böyük köməkdir. Əziz veteranlarımız, sizin keçdiyiniz çox ağır, məşəqqətli, sonu şərəfli qələbə ilə başa çatan döyüş yolunuz bu gün səngərlərdə keşik çəkən əsgərlərimiz üçün örnəkdir.
Təəssüf ki, bu cür tarixi sınaqlardan sonra taleyimizə yenə də müharibə şəraitində yaşamaq nəsib oldu. Mənfur ermənilər tarixi fitnəkarlıqlarını təkrarlayaraq, bizimlə torpaq savaşına çıxdılar. Qanlar axıdıldı, torpaqlarımızın 20 faizi işğal edildi. Bilirəm ki, bu işğal hamımız üçün, xüsusilə siz veteranlar üçün iki-üç qat ağırdır. Г‡ünki, bir zamanlar siz onlarla çiyin-çiyinə səngərlərdə alman faşizminə qarşı vuruşmuş, xalqların gələcəkdə xoşbəxt yaşamasını, qardaşlaşmasını arzulayırdınız. Son tikənizi qardaşcasına bölüşürdünüz. Г‡ox təəssüf ki, xain qonşular bunu tez unutdular.
Bu gün böyük tarixi sınaq qarşısında olan xalqımızın torpaqlarımızın azad olunmasında təcrübənizə, məsləhətlərinizə böyük ehtiyacı var. Gənc əsgərlər veteranların təcrübəsinə arxalanmalıdırlar. İnanırıq ki, dövlətimizin hərbi sahəyə verdiyi diqqət nəticəsində torpaqlarımız tezliklə işğalçılardan azad ediləcəkdir.
1418 gün davam edən Böyük Vətən müharibəsi Avropanın və ümumən dünyanın faşizm bəlasından xilas olması ilə nəticələndi. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının böyük payı vardır. Döyüş texnikalarını hərəkətə gətirən yanacaq bu qələbənin əldə edilməsində mühüm rol oynamışdır. Azərbaycanda istehsal edilən döyüş sursatları əsgərlərimizin qələbəsinə kömək etmişdir.
Faşizmə qarşı döyüşlərdə 300 min nəfərdən artıq həmyerlimiz həlak olmuşdur. Qələbə üçün hər kəs əlindən gələni edirdi. Rayonumuzdan 6500 nəfər döyüşən orduya cəlb olunmuşdur. Onlardan 2388 nəfəri döyüşlərdə həlak oldu və itgin düşdü. Böyük Vətən müharibəsində qələbə haqqında söz açarkən səngərlərdə vuruşan igid əsgərlərimizin göstərdikləri qəhrəmanlıqlar çoxdur. Bununla belə, arxa cəbhədəki həmvətənlərimizin fədakarlığından da istənilən qədər danışmaq olar. Arxa cəbhə əsgərlərimizi hər şeylə təmin edirdi.
Müharibənin başlanğıc illərində həmyerlilərimiz Azərbaycanın 77-ci, 223-cü, 402-ci, 416-cı və başqa milli diviziyalarda düşmənə qarşı vuruşmuşlar. Onlardan biri rayonumuzun Sulut kənd sakini Bəhyəddin Mirzəyev olmuşdur. İgid həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Digər döyüşçülərimiz ölkənin müxtəlif orden və medalları ilə təltif olunmuşlar.
İkinci dünya müharibəsində alman faşizmi üzərində qazanılan qələbədə Azərbaycan xalqının payı haqqında bəzi faktları diqqətə çatdırmaq yerinə düşərdi. Yaralı əsgərlərin müalicəsi məqsədilə respublikada 182 xəstəxana açılmışdı. Sanatoriyalar, istirahət evləri, məktəblər xəstəxanaya çevrilmişdi, yaralı əsgərlərin müalicəsi ilə məşğul olurdu. Azərbaycanın kənd əməkçiləri cəbhəyə 509 ton pambıq, bir pud qızıl, 952 kiloqram gümüş, milyardlarla manat pul, 311 milyon manatlıq istiqraz, 125 vaqon paltar və başqa şeylər ( isti corab, paltar, əlcək), xeyli ərzaq məhsulları yola salmışlar. Yaralı əsgərlərin müalicəsinə 23 ton qan göndərilmişdir.
Bu müharibədə Azərbaycan neftçilərinin fədakar əməyi xüsusilə qeyd edilməlidir. Uçan təyyarələrin, hücuma keçən tankların və digər nəqliyyatların əksəriyyəti Azərbaycanda çıxarılan neftin hesabına hərəkət edirdi.
Biz veteranların bir arzusu var: Azərbaycanın bütövlüyü təmin edilsin və Qələbəmizi Qarabağda , Cıdır düzündə bayram edək.
Abduləli Əliyev,
İsmayıllı rayon müharibə veteranları təşkilatının sədriAzərbaycanın payı

Şərh Yaz