Meşə təbii sərvətimizdir

Aprel ayının 24-də Ruşan kənd tam orta məktəbində vııı-xı sinif şagirdləri ilə “Meşə təbii sərvətimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir.Meşə təbii sərvətimizdirMəktəblilər öz gözəlliyi ilə gözümüzü oxşayan, könlümüzə zövq bəxş edən, ruhumuza qida verən, dünyanın “yaşıl kəməri” olan meşələrin, təbii sərvətimizin qorunmasının, bərpasının vacibliyini qeyd etmişlər. Dəyirmi masada iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Lalə Dadaşova, rayon ET və TM-nın direktoru Yaşar Nuriyev çıxış etmişlər. Məktəbin müəllimi Sahil Əzimovun təbiət abidələrinin mühafizəsi ilə əlaqədər təklifləri diqqəti cəlb etmişdir.
Dəyirmi masa iştirakçılarının yekdil rəyi belə oldu: Gəlin hamılıqla meşələrimizi qoruyaq, onun qayğısına qalaq, bərpa edək. Meşələrimiz yaşıl, üzümüz ağ olsun. Tükənməz sərvətimiz, udduğumuz havanın, içdiyimiz suyun, sağlamlığımızın təminatçısı olan meşələrimizin qədrini bilək.
Fərqanə Bağırlı,

Şərh Yaz