Yekdil rəy

Bu günlərdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində “Gənc meşəçilər”in toplantısı keçirilmişdir. Toplantıda məktəb meşəçiliyinin fəaliyyətinin təşkili ilə əlaqədar Aərbaycan Respublikası Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Lalə Dadaşova çıxış etmişdir. Yekdil  rəyET və TM-nın direktoru Yaşar Nuriyev, İvanovka kənd tam orta məktəbinin direktor müavini Lyubov Fateyeva çıxışlarında təbiətin bəzəyi, planetimizin ağ ciyərləri sayılan meşələrimizin mühafizəsində, bərpasında məktəblilərin iştirakının onların ekoloji tərbiyəsinə müsbət təsirindən bəhs etmişlər. Toplantıda Azərbaycan şairi Osman Sarıvəllinin bu misraları xatırlanmışdır:
“Gəlin təbiətin qədrini bilək,
Bizim qədrimizi o, bilən kimi!”
Toplantıda hamının yekdil rəyi belə oldu: Gəlin hamılıqla özümüzün, gələcək nəsillərin xatirinə Ana təbiətin qədrini bilək, sağlamlığımız naminə meşələrimizi qoruyaq.
İlhamə Hüseynova,
İsmayıllı rayon ET və TM-nın dərnək rəhbəri

Şərh Yaz