Xalçalarımız-milli mədəni irsimizdir

Tarixi eramızdan əvvəl ikinci minilliyə ehtimal edilən xalçaçılıq sənəti Azərbaycanda da özünəməxsus bir məktəb kimi formalaşıb.Xalçalarımız-milli mədəni irsimizdirQədim ipək yolunun ölkəmizdən keçməsi xalçaçılıq sənətinin inkişafına böyük təsir edib. Xalçaçılıq da qədimdən Azərbaycanda istehsalat xarakterli olub. İpək yolunun vasitəsi ilə Azərbaycanın xalçasının şöhrəti bütün dünyaya yayılıb. Bununla yanaşı, xalçaçılıq məktəbinin ənənələri dünyada xalçaçılıq sənətinin inkişafına dərin təsir göstərib. Xalçaçılığın inkişafı coğrafi mühitlə çox bağlıdır. 11 qurşağın 9-u Azərbaycanda olması xalçaçılıq sənətinin özünü mükəmməl göstərmişdi. Azərbaycanda müxtəlif regionların özünəməxsus xalçaçılıq məktəbi formalaşıb. Bakı, Quba, Şirvan, Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəbi məşhurdur. Bu məktəblərin xalçaları biri digərindən kompozisiya quruluşu, motiv zənginliyi, rəng harmoniyası və texnoloji xüsusiyyətləri ilə fərqlənirlər. Bu xalçalar 14-cü əsrlərdən başlayaraq Avropaya ayaq açıb, dünya muzeylərinin qiymətli eksponatları sırasındadırlar. Ancaq Azərbaycan xalçası ümumbəşəri sənətin nümunəsi kimi indi də dünyada məşhurdur.
Əl zəhməti ilə əmələ gələn xalçalar iki qrupa bölünüb – xovlu və xovsuz xalçalar. Xovsuz xalçalara-həsir, palaz, kilim, cecim, şəddə, zili və sumax toxunuşlu xalçalar aiddir. Kilim və palaz xalça sənətinin ibtidai dövrünü təşkil edən xovsuz xalça növüdür, onun hər iki üzündən istifadə edilir.
Xovlu xalça qrupuna xalı və xalçalar aiddir. Onların toxunuşu düyünləmə üsulu ilə əmələ gəlir. Əllə toxunan xovlu xalçalar qalın, məxməri, yumşaq xova malikdir. Və belə xalçalar xova malik olduqları üçün uzunömürlü olurlar. Azərbaycanın xalçalarının 250-dən çox növü və çeşnisi var. Xalça ustalarımızın rəng çalarları olduqca zəngindir.
Xalçaların toxunuşunda xammal kimi yundan istifadə olunur. Milli xalçaçılıq sənətində yunla yanaşı, ipəkdən də istifadə olunur. Son 50 ildə xalça məmulatı kimi pambıq və sintetik iplərdən istifadə olunsa da yun ip əsl xalça üçün ən vacib xammal olaraq qalmaqdadır.
Xalçanı diqqətə layiq edən onun ornamentləridir. İstifadə olunan bəzək motivlərinə görə ornamentin müxtəlif növləri olur. Mücərrəd elementlərdən ibarət həndəsi ornamentlər-yarpaq meyvə, çiçək və s. nəbati ornamentləri ilə yanaşı, heyvani ornamentlər də əsas yer tutur. Həndəsi ornamentlər həndəsi formalı olur. Nəbati ornamentlər Azərbaycanının xalçaçılığında olduğu kimi, parça və tikmə işlərində də geniş yayılıb. Kompozisiya hər hansı bir əsərin daxili quruluşunu, həmçinin onun ətraf mühitlə qarşılıqlı münasibətini yaradır. Azərbaycanın məşhur xalça ustaları Lətif Kərimov, Kamil Əliyev, Cəfər Misirli və s. sənətkarlar gələcək nəsillər üçün yadigar qoyduqları zəngin irsdən müasir rəssam-xalçaçılar bu gün də yararlanırlar. Bu sənətkarlar çox böyük işlər görmüş, dəyərli tədqiqatlar apararaq Azərbaycanın xalçaçılıq sənətini bütün dünyada tanıtmışlar.
Surə CəbrayılovaXalçalarımız-milli mədəni irsimizdir

Şərh Yaz