Səhnəyə bağlı ömür

Son vaxtlar rayonun əksər təşkilatlarında mədəni-kütləvi tədbirlərin, həmin təşkilatlarda çalışanlar üçün əlamətdar olan günlərin təntənə ilə keçirilməsi ənənə halını alıb.Səhnəyə bağlı ömürBu yeni düşüncə tərzi ilə həm insan amilinə dəyər vermək, həm də ətrafdakılara səmimiyyətdən döğan işgüzarlıq bəxş etmək deməkdir.
Bir neçə gün əvvəl haqqında söhbət açdığımız tədbirlərdən biri rayon Mədəniyyət Mərkəzində keçirilib.
Mərkəzin kollektivi iş yoldaşları Nuru Xalıqovun 60 illik yubileyini qeyd ediblər.
Yubiley tədbirində N.Xalıqovun erkən yaşlardan səhnəyə, mədəniyyət işinə bağlılığından soz açılıb. Hələ orta məktəbdə oxuyanda o, rayonun bədii özfəaliyyət dərnəklərində, Bakı Mədəni-Maarif Texnikumunun tələbəsi olduqda və sonrakı illərdə bir sıra tamaşalarda oynadığı rollarla tamaşaçı alqışı qazanıb.
N.Xalıqov omrünün çox hissəsini səhnədə keçirib. Bəlkə də bunun təsirindəndir ki, hamı ilə salamlaşıb, hal-əhval tutanda da səhnədə olduğu kimi, bir qədər yumorla danışır.
Keçirilən yubiley tədbirində ötən günlərin xatirələri yad olunub. Kollektivin üzvləri Nuru Xalıqova can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıblar. Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi İsmayıllı rayon şöbəsi adından yubilyara qiymətli hədiyyə təqdim olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz