“Dağ çiçəkləri” ilə görüş

Aprel ayının 18-də İsmayıllı ədəbi mühitində kifayət qədər tanınan “Dağ çiçəkləri” məclisinin üzvləri ilə şəhər məktəblilərinin görüşü keçirilib.“Dağ çiçəkləri” ilə görüşGörüşə aparıcılıq edən Azərbaycan dili və ədəbiyyatı müəllimi, Rayon Təhsil Şöbəsinin əməkdaşı Rəna Mirzəliyeva adı çəkilən məclisin yaranma tarixindən və ötən dövr ərzində bu məclisdə pərvazlanan söz, sənət adamları haqqında geniş məlumat verib.
Məktəblilər məclisin yaradıcısı böyük şair Musa Yaqubun ifasında şeirləri səslənən video çarxı izləyiblər.
Tədbirdə iştirak edən qələm sahiblərindən nümunələri bədii qiraət sahəsində fərqlənən məktəblilər səsləndiriblər.
“Dağ çicəkləri” ədəbi məclisinin rəhbəri Nazir Ziya (Talıstanlı) tədbirin təşkilatçılarına ədəbiyyatımıza göstərdikləri diqqətə və bu marağın şagirdlərə aşılanmasına görə minnətdarlığını bildirib.
Tədbirə xüsusi rəng qatmaq üçün səslənən şeirlər arasında Uşaq Yaradıcılıq Mərkəzinin “Fidan” ansamblı üzvlərinin ifasında mahnılar səslənib.
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov İsmayıllı ədəbi mühitinin, İsmayıllı yazarlarının Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb və belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib.
Sonda “Dağ çiçəkləri” ədəbi məclisinin üzvü, RİH-in baş məsləhətçisi, şair Murad Məhərrəmov çıxış edib. O, qələm dostlarına yeni yaradıcılıq uğurları arzulayıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz