Yurd sevgisi ölməz hissdir

Hörmətli redaksiya, bu yazının daha çox həmyerlimizə çatması baxımından “İsmayıllı xəbərləri” qəzetində çap olunmasını istərdim. Əminəm ki, mövzunun aktuallığını və xahişimi nəzərə alıb məktubumu dərc edəcəksiniz.
Hörmətlə: Mursalov Xanmurad Ağaməşədi oğlu,
ehtiyatda olan polkovnik- leytenantYurd sevgisi ölməz hissdirHəftəsov İsmayıllının qədim tarixə malik kəndlərindəndir. Kənddəki evlər, küçələrin daş döşəməsi, məscid, hamam, dəyirmanlar, bulaq, kanalizasiya və sair tikililər bu kəndin Lahıcla eyni vaxtda və ya qısa vaxt məsafəsində bir qədər sonra salındığı qənaətini formalaşdırır. Əksər yaşayış məntəqələrimizdə olduğu kimi, burada da zaman-zaman müdrik, zəhmətkeş, haqqa, ədalətə, halallığa, inkişafa önəm verən insanlar yaşamışdır. Lahıcla, digər şəhərlərlə olan sıx əlaqə burada mədəniyyətə və müasirliyə meydan açmışdır.
Təəssüflə qeyd edim ki, sovetlər dönəmində perspektivsiz sayılan bir sıra yaşayış məntəqələrimizin siyahısına bu kəndin də adı düşdü. XX əsrin ortalarında, Böyük Vətən müharibəsindən sonrakı illərdə Bakı şəhərindəki fabrik və zavodlar, tikinti meydançaları kəndi ev-ev boşaltdı…
Hazırda Bakı şəhərində həftəsovluların kompakt yaşadıqları neçə-neçə məhəllə var. Yaxşı haldır ki, kəndi bir zaman tərk edənlərin böyuk əksəriyyəti yay aylarında kəndə gəlir, ata-baba yurdunu, dünyalarını dəyişənləri –“ qəbiristanlığı ziyarət edirlər. Bu hal Novruz bayramında kütləvilik təşkil edir.
Bu yaxınlarda yolum kəndə düşmüşdü. Burada sevincimə səbəb olan xeyli yeniliklə üzləşdim. Qəbiristanlıqda təmizlik işləri aparılıb, ətrafına xeyli ağac əkilib. Kəndin meyvə bağlarında uzun illər diqqətdən kənarda qalmış ağaclar budanıb. Küçələrin daş döşəməs bərpa olunub. Həyətlərin önündə ağaclar əkilib. Kəndin ətəyindən keçən Girdiman çayının üzərinə piyadaların keçməsi üçün körpü qoyulub. Ən başlıcası isə 30-35 il əkin-biçin işi aparılmayan kənddə bu il 15 hektar sahədə taxıl əkilib.
Bu yeniliklər kəndin yetirməsi Qasım Məmmədovun əraziyə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi təyin olunduqdan sonra baş verib.
Əlbəttə, bu məqamda Həftəsov kəndinin sabahına, gələcəyinə böyük uzaqgörənliklə baxan Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqova öz adımdan həmkəndlilərim adından dərin minnətdarlığımı bildirirəm. Burada bir gözəl el məsəli yada düşür: Г‡örəyi ver çörəkçiyə, birini də üstəlik. Axı bu prinsiplə boşalmış, sanki bizdən imdad gözləyən kəndlərimizin hər birinə yeni həyat vermək olar.
Mən də bu kəndin yetirməsiyəm. Gördüyüm yeniliklər sırasına nəsə əlavə etməyi özümə borc bildim. Təvazökarlıqdan kənar olsa da, kəndə gələn su xəttini yenilədim. Kəndin mərkəzində bulaq tikdirdim. İndi kənddə tez-tez iməciliklər keçirilir. Kəndin məsçidinin qarşısında köhnə su xəttindən çıxarılan metal borular üzərində böyük talvar qurulması nəzərdə tutulub, materiallar tədarük olunub. Bu həm müəyyən tədbirlərin keçirilməsi üçün yığıncaq yeri, həm də doğma yurda şəxsi minik avtomobili ilə gələnlər üçün rahat dayanacaq olacaqdır.
Sadaladıqlarım bir başlanğıcdır. Yaşlı nəslin nümayəndələri Həftəsov kəndinin yaxın keçmişini yaxşı xatırlayır. Bir vaxtlar bu kənd cəsur övladları ilə tanınıb. Hazırda kəndin yetirməsi olan alimlər, hüquqşünaslar, müxtəlif sahələrdə çalışan ziyalılar, sadə zəhmət adamları Həftəsovdan olmalarını hər yerdə fəxrlə bildirirlər. Onların hər biri üçün kəndin inkişaf etməsi böyük arzudur.
Həmkəndlilərimlə görüşlərim zamanı bu mövzuda mütləq söhbət edirik. Hamının kəndə gəlmək, burada münasib yaşayış şəraiti qurmaq, ata-baba yurdunda ocaq qalamaq, işıq yandırmaq arzusu var. Düşünürəm ki, kənd abadlaşdıqca bu arzu da güclənəcək və reallaşacaqdır.
Kəndi abad görmək arzumuzu gerçəkləşdirmək üçün atdığımız addımlardan biri Kapital Bank ASC-in İsmayıllı filialında açdığımız hesab nömrəsidir:
Benefisiarın adı: Qardaşov Seyidəzim Tavarix oğlu
Benefisiarın hesabı: AZ30AİİB38010019447803385178
Həmkəndlilərimin bu hesaba köçürəcəkləri vəsait kəndin ağsaqqalları tərəfindən məsləhət görülən abadlıq, quruculuq işlərinə və digər xeyirxah məqsədlərə ıstifadə olunacaqdır.
Doğulduğu torpağa, ata-baba yurduna bağlı olanları bu təşəbbüsə – doğma kəndi sevməyə, inkişaf etdirməyə və qorumağa dəvət edirəm. Yurd sevgisi ölməz hissdir. Г‡ox istəyərdim ki, bu təşəbbüsə Azərbaycanın mirvarisi olan İsmayıllının hər bir kəndində qoşulanlar, səs verənlər tapılsın.
Yurd sevgisi ölməz hissdir
Yurd sevgisi ölməz hissdir

Şərh Yaz