Yaddas kitabcasi

7 Aprel Ümumdünya Saqlamlıq Günüdür

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il qeyd edilən 7 aprel Ümumdünya Sağlamlıq Günü dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir məsələyə yönəldir. 7 Aprel Ümumdünya Saqlamlıq GünüdürQida Təhlükəsizliyi – 2015-ci ilin Ümumdünya Sağlamlıq Gününün mövzusudur.
Qida təhlükəsizliyinə əməl edilməməsi ildə 2 milyon insanın, əsasən də, uşaqların ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə qidanın tərkibində olan patogen bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələr diareyadan xərçəngə qədər yüzlərlə xəstəliyin başlıca səbəbi ola bilər.
Qida məhsullarının istehsal texnologiyasında, paylanmasında, istifadəsində edilən dəyişikliklər, ətraf mühitin dəyişməsi, yeni patogenlərin yaranması, bakterial rezistentlik kimi faktorlar qida təhlükəsizliyi sistemində yeni problemlər yaradır.
Qlobal ticarət və bir ölkədən başqasına səfərlərin geniş vüsət alması təhlükəli qidanın beynəlxalq yayılması ehtimalını gücləndirir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə ümumdünya informasiya şəbəkəsi vasitəsilə qida təhlükəsizliyi sahəsində yaranan fövqəladə vəziyyətlər barədə ölkələrə xəbərdarlıq edirlər.
Qida təhlükəsizliyi – ümumi məsuliyyətdir! Ərzaq məhsullarının təhlükəsizliyi – istehsal, saxlanma, daşınma, emal, paylanma və idxal əməliyyatları daxil olmaqla fermer və istehsalçıdan başlayaraq satıcı və istehlakçıya qədər bütün mərhələlərdə təmin olunmalıdır.
2015-ci ilin Ümumdünya Sağlamlıq Günü dövlət qurumlarının, fermerlərin, istehsalçıların, tibb işçilərinin, ərzaq ticarəti və ictimai iaşə müəssisələrində işləyənlərin, həmçinin istehlakçıların qida təhlükəsizliyinin vacibliyinə və hər kəsin bu işdə məsuliyyətinə diqqət yönəltməsinə imkan yaradır.
Odur ki, istifadə etdiyiniz qidaların keyfiyyətinə, saxlanma şəraitinə ciddi fikir verin.
İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Şərh Yaz