Yaddas kitabcasi

Bələdiyyə parkı

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində respublikanın hər yerində olduğu kimi, rayonumuzda da yaşıllaşdırma tədbirləri uğurla davam etdirilir. Bələdiyyə parkıHazırda yaşıllaşdırma işlərinin aparılması mövsümüdür. Fürsətdən istifadə edən İsmayıllı bələdiyyəsinin üzvləri və işçiləri tez-tez iməciliklər keçirir, şəhərin yaşıllaşdırılmasında yaxından iştirak edirlər.
Şəhərdə yaşıllığın artması təmiz şəhər, sağlam mühit deməkdir. Bu məlum həqiqəti yaxşı başa düşən bələdiyyə işçiləri şəhərin “Günəşli” yaşayış sahəsində 100-dən çox müxtəlif növ həmişəyaşıl (sərv, Eldar şamı və digər bəzək ağacları) ağaclar əkmişlər. Ağaclar suvarılmışdır. Ağacların əkildiyi ərazi istirahət parkı olduğundan ətrafda yaşayan şəhər sakinləri də bu aksiyaya qoşulublar. Əkilmiş ağacların mühafizəsini təmin etmək üçün gövdəətrafı dayaqlar vurulub. Sakinlər ”Bələdiyyə parkı” adlandırdıqları ərazidə ağaclara qulluq etməyi öhdələrinə götürüblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz