Məhsətinin ilahi eşq və dünyəvi məhəbbətə həsr olunan rübailəri

XI əsrin sonları XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının ən parlaq nümayəndələrindən biridir. Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatında doğum və ölüm tarixləri, digər tarixi şəxsiyyətlərlə və sənətkarlarla bağlı münasibəti, əsərlərinin sayı haqqında fərqli fikirlər söylənən, adı əfsanələrə bürünmüş böyük sənətkarımızdır. Məhsəti öz dövrünün poeziyası ilə yaxından bağlı olduğundan insanı, onun gözəlliyini, istək və arzularını ifadə etmiş, onun həyat eşqini hər zaman şeirlərində əks etmişdir.
Artıq doqquz əsrdir ki, Məhsətinin hər biri bir çiçək kimi sevimli, həyat eşqi ilə zəngin olan rübailəri insanların zövqünü oxşayır, ruhuna təzəlik gətirir. Fəlsəfi rübailəri oxucuda həyata məhəbbət oyadır, insanları nikbinliyə, dünyanın gözəlliklərindən kam alamağa çağırır.
Məhsətinin ilahi eşq və dünyəvi məhəbbətə həsr olunan rübailəriXI əsrin sonları XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının ən parlaq nümayəndələrindən biridir. Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatında doğum və ölüm tarixləri, digər tarixi şəxsiyyətlərlə və sənətkarlarla bağlı münasibəti, əsərlərinin sayı haqqında fərqli fikirlər söylənən, adı əfsanələrə bürünmüş böyük sənətkarımızdır. Məhsəti öz dövrünün poeziyası ilə yaxından bağlı olduğundan insanı, onun gözəlliyini, istək və arzularını ifadə etmiş, onun həyat eşqini hər zaman şeirlərində əks etmişdir.
Artıq doqquz əsrdir ki, Məhsətinin hər biri bir çiçək kimi sevimli, həyat eşqi ilə zəngin olan rübailəri insanların zövqünü oxşayır, ruhuna təzəlik gətirir. Fəlsəfi rübailəri oxucuda həyata məhəbbət oyadır, insanları nikbinliyə, dünyanın gözəlliklərindən kam alamağa çağırır.
Rübailərində bəzən dövrünün hökmdarlarını tərifləmiş, bəzən müxtəlif peşə sahiblərini əks etdirmişdir. Ancaq Məhsəti rübailərinin əsas mövzüsu məhəbbətdir. Bu rübailərdə sevən bir qəlbin həyəcanlarını, saf və real bir eşqin ifadəsini görürük. Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim olan professor R.Hüseynov Məhsətinin məhəbbət mövzulu rübailəri haqqında danışarkən qeyd etmişdir ki, “Məhsəti poeziyasının başlıca mövzusu eşqdir. Tükənməz məhəbbətlə sevən ürəyin həyəcanlarını, vüsal sevincini, hicran ağrısını əks etdirən Məhsəti rübailəri zəngin bir məhəbbət simfoniyasını xatırladır. Bu simfoniyanın hər akkordunda, hər rübaidə coşqun məhəbbətli bir ürəyin çırpıntılarını eşidir, pak sevgisini görürük. Bu elə böyük məhəbbətdir ki, aşiqin qəlbini saf duyğularla doldurur, onu sədaqətə, mərdliyə, insanpərvərliyə səsləyir”. Ümumiyyətlə, Məhsəti məhəbbət və gözəllik aşiqidir. Onun rübailərində eşq, sevgi insanın azadlığıdır və bütün xoşbəxtlikləri, həyatın əsl simasını yalnızca sevgidə görür. Şairənin məhəbbətdən bəhs edən rübailərində həyatı, yaşamağı sevən bir qəlbin həyəcanlarını hiss edirik. Şairə öz kədərlərini, məhəbbət uğrunda çəkdiyi iztirabları bu rübailərində çox məharətlə ifadə edir. Belə rübailər təkcə şairənin deyil, feodal adət-ənənələri və şəriət qanunları tərəfindən hüququ tapdalanan, qəlbi, istəyi, məhəbbəti zorlanan Şərq qadınlarının azadlıq arzularını əks etdirir.

Məhsətinin ilahi eşq və dünyəvi məhəbbətə həsr olunan rübailəri

Qeyd etmək lazımdır ki, şairənin məhəbbət mövzulu rübailərində məhəbbətin hər üzünü görürük. Məhsətinin bəzən kədərlənən, mahnı kimi səslənən, bəzən üsyan, etiraz mahiyyətində olan, bəzən də məhəbbətin ləzzət və sevincini canlandıran rübailəri daha çox diqqəti cəlb edir. Məhəbbəti yüksək, nəcib bir hiss kimi ifadə edir. Ancaq qeyd etmək lazımdır ki, Məhsətinin rübailərində real duyğular öz əksini tapmışdır. Elə bu səbəbdəndir ki, şairənin rübailəri aydın və başa düşüləndir. Hətta, şairə rübailərində sevdiyini nə qədər göylərə qaldırsa, onu ilahiləşdirsə belə saf və real bir sevginin ifadəsini, aşiqin yerə, insana bağlı olduğunu görürük. Eşq atəşi ilə yananların səccadəsinin qan olduğunu deyir. Eşqin çadırını bu dünyada hər şeydən yüksəkdə olduğunu, hətta göylərdən belə yüksəkdə dayandığını qeyd edir. Bununla da Məhsəti eşqin nə qədər saf, təmiz olduğunu deməyə çalışmışdı.
Hər kimsə ki, eşq ilə yanan olmuşdur.
Axşamlar səccadəsi qan olmuşdur
Aləm bilir, eşqin çadırı dünyada
Göydən də uzaqda dayanan olmuşdur.
Məhəbbət insanın adi halından çıxması deməkdir. Elə bu səbəbdəndir ki, məhəbbətin dili də adilikdən uzaqdır, romantik dildir. Məhsətinin məhəbbət poeziyasında da hisslər, duyğular təsir edicidirlər. Şairənin bir qisim rübailərində sevgisinin vüsala çatması hissləri əks olunmuşdur. Səmimi duyğuların, canlı, real münasibətlərin ifadəsi bu rübailərdə daha çox əksini tapır. İnsanı, onun istəklərini poeziyasının məhvərinə çevirən şairin rübailəri həqiqətən də həyata sevgi ilə dolu baxışlara bir nümunədir.
Şairənin vüsal dəmlərinə həsr olunan rübailərinin bir qismi aşiqin qısqanclığı, bəzisi şuxluğu, əlvanlığı, rəngarəngliyi ilə seçilir. Məhsəti lirik qəhrəmanı, öz sevdiyini o qədər yüksəldir, onun gözəlliyini o qədər ilahiləşdirir ki, hətta Günəşə belə qısqanır. Onun Allahı da, Kəbəsi də sevgilisidir. O, yalnız sevgilisi ilə keçirdiyi xoş günlərdən danışmaq istəyir. Sevgilisinin ondan başqa kiməsə baxmasını istəmir. “Yerlərin baxmasını istəmir. Г‡ünki torpaq onun gözəlliyinə heyran qalacaqdır. O, sevdiyinin axar suya baxmasını istəmir. Suyun bu gözəlliyə sevdalanacağından qorxur. O, sevdiyinin göylərə belə baxmasını istəmir. Günəş onun bənzərsizliyini görə bilər. Hətta, bununla da rahatlaşmır, qorxur ki, kimsə onun sevgilisini yuxusunda görə bilər. Məhsəti Gəncəvinin bu rübaisində eşqlə sevən bir qəlbin çırpıntıları əks olunub”.
Yerlərə baxma ki, torpaq su görər.
Göylərə baxma ki, gün salar nəzər.
Qeyrətdən ölərəm, ey ruhum, səni.
Əgər yuxuda da görsə bir nəfər.
Məhsətinin rübailəri şux bənzətmələrlə, epitetlərlə, təşbehlərlə zəngindir. Şairə onları elə məharətlə işlətmişdir ki, onlara bir poetiklik, əlvanlıq bəxş etmişdir. Bu nazlı gözəlin gözəlliyinə yasəmənlər həsəd aparır. Yarın üzünün gözəlliyini günəşə bənzədir. Günəş kimi parlaq olduğunu bildirir. Üzünə ancaq gülüşün yaraşdığını, ona gözəllikdə kimsənin bənzəmədiyini deyir.
Püstəndə gülüşlər gəzir, ey dilbər, bax
Bir gün kimidir üzün, gözəldir, parlaq!
Gördüm ki, yonur rəndə çəkirsən gah-gah,
Yoxdur sənə bənzər yonulu heç ancaq.
Məhsəti rübailərində dönə-dönə ayrılıqdan, çəkdiyi əzablardan danışır. Onun rübailərinin lirik qəhrəmanı da yarın zülmündən, hicran yarasından fəryad edir. Ancaq bu iztirablara baxmayaraq o, sevgilisindən gələn bəlaları tək çəkir, yarının əzab çəkməyini istəmir. Məhsətinin rübailərində şairə bir an, hətta, bir nəfəs almaq qədər sevgilisindən ayrı olmadığını, hətta, istəklərindən ayrı qaldıqda belə onun xatirəsi ilə yaşadığını deyir. O, sevgisinin yolunda çox fədakardır. Bütün dünya yanıb kül olsa belə, o, bir yol tapacaqdır. Sevgilisini o qədər çox sevir ki, onun qəm çəkməsinə, ağlamasına dözə bilmir. Sevgilisi qəlbinin rahatlığı, canının munisi olan lirik qəhrəman qəm yeyir. Onun qəm çəkməyini heç cür qəbul etmir. Deyir ki, sənə kədərlənmək olmaz. Sevgilisinin gözündən yaş axıtmasına dözə bilmir.
Gözdən yaş axıtma, bu işə sən yad ol,
Qoy qəmləri mən çəkim, sevin sən şad ol,
Məşuqəyə olmaz ağlamaq, yaş tökmək
Tərk et bunu biçarə mənə, azad ol.
Şairənin bir qisim rübailərində gecələr onun sirdaşıdır. Bəzi gecələr səhərə qədər sevgilisini düşünər, sevgilisinin həsrətindən ah-nalə edər. Ona həmdəm olanın yalnız zülmət gecə olduğunu bildirir. Gecə səhərə qədər o dilbərin yolunu gözlədiyini, ona görə gözündən yaş axıtdığını, ancaq yarın yumşalmadığını deyir. O, rahat yatdığı halda aşiqin sevdiyinə görə nə halda olduğundan xəbəri yoxdur. Yarın dərdindən gecələr də qəm-kədərdən başqa bir şey görməmişdi. Gözləri hər zaman nəmli olmuşdu. Ağlamaqdan yuxusu ərşə çəkilmiş, bu səbəbdən də şirin yuxuya həsrət qalmışdı. Gecə onun nə iztirablar çəkdiyini hardan bilsin? Əgər bu gecələr onun sirrini açsa insanlar onu məhv edər. Əgər gizlətsə, bu zaman qəm onu tamam üzəcəkdir.
Hardan gecə bilsin çəkir aşiq nə sitəm,
Bilsin nə bəlalar çəkir o taleyi kəm.
İnsanlar onu məhv eləyər sirr açsa,
Gizlətsə, onu məhv eləyər mütləq qəm.
Məhsəti bəzi rübailərində isə sevgilisindən çəkdiyi əzablara artıq öyrəndiyin deyir və bu izitribaları ondan başqa kiminsə dözəcəyinə inanmır. Artıq qəmlə dost olduğunu bildirir. Onun kimi kiminsə Məşuqəni sevəcəyinə inanmır. Düzdü, ola bilsin ki, Məşuqəni yenə sevənlər olacaq, amma heç kim aşiqi sevdiyi qədər onu sevə bilməyəcək. Aşiqin qəmi o qədər çoxalmışdır ki, bütün dünyaya səs-soraq salmışdır. O, yarın üzünə həsrət qalmışdır. Bu zülmlərə görə qəminin çox olduğunu və bu qəmlərə necə dözdüyünə belə özü mat qalmışdır. Onun ayrılığından necə qəm çəkmişdirsə, hətta, düşmənlər belə ona dost olub onun üçün ağlamışlar. Sevgilisinə görə o qədər ah-fəğan etmişdir ki, şam belə onun dərdindən ərimişdir.
Г‡əkdim necə qəm, gör ki, sənin hicrindən,
Bir dost olub ağladı mənə hər düşmən.
Etdim o qədər nalə sənin eşqinlə,
Yandı halıma bütün gecə şam qəlbən.
Bununla yanaşı isə Məhsətinin bəzi rübailərində artıq yarın nazını çəkməkdən yorulduğunu, çıxıb getmək istəməsini görürük. Hətta, yarın da onu istəmədiyinin şahidi oluruq. Yar artıq bir-birlərindən yorulduqlarını deyir. Aşiq isə nə deyəcəyini bilmir və bunun qismət olacağına razılaşır. Yarının ona niyə bu qədər əziyyət verməsindən gileylənir. Yarında heç bir rəhm olmadığını deyir. Sevdiyində bir sədaqət görmədiyindən ondan boş yerə şikayətlənməsinə dəymir. Bu dünyada ondan özünə yar olmayacağından və onun eşqinə şeirlər, hekayələr yazmağın əbəs olduğunu deyir.
Bir halda ki, görmədim sədaqət səndən,
Bəsdir nə gərək giley, şikayət səndən,
Dünyada sənə bir görünür düşmən, dost,
Get, get nə gərək edim hekayət səndən.
Bütün bu nümunələrdən də görünür ki, Məhsətinin məhəbbət mövzulu rübailəri müxtəlif şaxələri əhatə edibdi. Düzdü, bu rübailərin bəzisində şairə ayrılıqdan, hicran yarasından bəhs edir. Sevdiyinə görə gecələrlə dost olduğunu bildirir. Yarın insafsızlığına görə üzülür, ancaq bütün bunlara baxmayaraq, o yorulmur. Yarından gələn bəlaları sevinclə qarşılayır. Məhsətinin bəzi rübailərində isə sevincinin həddi-hüdudu olmayan bir şəxsi görürük. Yarıyla bir yerdə o qədər xoşbəxətdir ki, bu sevincli günlərin sona çatacağından qorxur. Şairə özünü sevdiyinin bir parçası bilməyi aşiqlə məşuqun iki bədəndə olmasını eşqin qızıl qaydası adlandırır. Onun məhəbbəti o qədər safdır ki, hətta, bütün dünya ona qarşı çıxsa belə o mütləq bir çıxış yolu tapacaqdır.
Məhsəti Gəncəvinin rübailəri mövzu əhatəliyi, genişliyi ilə fərqlənir. Bu rübailərlə tanış olduqca, hər birinin bir xəzinə olduğunun şahidi oluruq.
Məhsətinin ilahi eşq və dünyəvi məhəbbətə həsr olunan rübailəri
Vüsalə Qasımova,
Azərbaycan Müəllimlər İnistitutunun magistri, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz