Dağ çiçəkləri

Doğuldun Günəş kimi, dahi, ölməz, nur oldun,
Fövqəlbəşər zəkanla aləmə məşhur oldun.
Ömrünü zərrə-zərrə eldən ötrü əritdin,
Yersiz dil açanları, diz çökdürdün, kiritdin.
Dağ çiçəkləriDağ çiçəkləri

Azərbaycan – canda can

Doğuldun Günəş kimi, dahi, ölməz, nur oldun,
Fövqəlbəşər zəkanla aləmə məşhur oldun.
Ömrünü zərrə-zərrə eldən ötrü əritdin,
Yersiz dil açanları, diz çökdürdün, kiritdin.

Adın düşdü tarixin hər gününə, ayına,
Dara düşən Vətənin yetişdin harayına.
Vətəndaşdan, oğuldan çevrildin xilaskara,
Gül, çiçək düzdü millət keçəcəyin yollara.

Yeni Azərbaycanın vüqarlı sərkərdəsi,
Əlinlə parçalandı əsarətin pərdəsi.
Sən gətirdin bu yurda birliyi, mətinliyi,
İtirdin ilim-ilim dərdi, həm çətinliyi.

Sən döndərdin bahara şaxtalı qışımızı,
Sən açdın alnımızı, düyünlü qaşımızı.
Bu xalqı yer üzünə, bəşərə, sən tanıtdın,
Bu yurdu milyonlara etdin Vətən, tanıtdın.

Qurduğun güclü dövlət –“ vüqarımız, adımız,
Sən düz yolu göstərən ən böyük ustadımız.
Ellər baxır fəxrlə ucaltdığın bayrağa,
Ər igidlər adınla şəhid düşür torpağa.

Sən qürur mənbəyimiz, sabaha yolumuzsan,
Sən polad vüqarımız, əyilməz qolumuzsan.
Gen sala bilməz səni bizdən illər, fəsillər,
Yaşadacaq adını qədirbilən nəsillər.

Etibarlı əldədir bu ölkənin sükanı,
Canından artıq sevir İlham Azərbaycanı.
Ey bu yurdun cavanı, qocası, oğlu, qızı,
Azərbaycan – canda can, qoruyaq canımızı!
Şahməmməd Dağlaroğlu

Mən qorxmuram küləklərdən

Mən qorxmuram küləklərdən,
Qoy sovursun səhra kimi qumlarımı.
Qoy çırtlatsın qabığımı,
Səpələsin yer üzünə tumlarımı.

Mən qorxmuram küləklərdən,
Qoy üfürüb közərtsin alovumu, odumu.
Döyəcləsin var gücüylə
Ünvanımı, adımı.

Mən qorxmuram küləklərdən,
Qoy dolsun evimə, eşiyimə… səhər, axşam.
Qapımı, bacamı mən
Özüm öz əllərimlə açıq qoymuşam.

Mən qorxmuram küləklərdən,
Kiminsə əlindən üzəcəksə əlimi.
Dağıdacaqsa telimi,
Əyəcəksə belimi,
Kəsəcəksə dilimi.

Mən qorxmuram küləklərdən,
Uğuldaya, uğuldaya… özü üçün əsəcək.
Lap tufana, qasırğaya dönsə belə
Dayanacaq, kəsəcək.
O, mənə neyləyəcək?
Nazir Ziya Talıstanlı

Pünhansayağı

O qədər söz dedilər, daha baxan yoxdu sözə,
Əyrini düz dedilər, əyri də tay oldu düzə.

Baxırıq halımıza bir neçə hal qütbündən,
Köhnənin köhnə halı, tazənin meyarı təzə.

Minmişik bir gəmiyə, kompasımız qərbə baxır,
Üzürük bir çay ilə ki, o tökülmür dənizə.

İmanı batil olan getdi imanın dalınca,
Şeytana atdı daşı, daş da gəlib dəydi bizə.

Səddamı dara çəkib, qəhr etdik –“ cəlladdır,
“Allahü-Əkbər“ ilə başkəsənlər çıxdı üzə.

Dedilər ərzi-halı şairi-biçarə desin,
İstədi nəzm eləyə, sındı qələm girdi gözə.
Şahlar Hacıyev

Bilməsin

Səni candan sevdiyimi,
Amandı, dağlar, bilməsin.
Yerlər, göylər, çəmən, çiçək,
Buludlar ağlar, bilməsin.

Əlim yanar əllərində,
Gözüm qalar tellərində.
Aşıb –“ daşan sellərin də,
Yolları bağlar, bilməsin.

Həsrətim var düzüm-düzüm,
Oyaq gecəm, al gündüzüm.
Bircə kəlmə şirin sözün,
Sinəmi dağlar, bilməsin.

Bir çiçəyin ömrü qədər,
İlk bahara edək səfər.
O yan sevinc, bu yan kədər,
Amanlar, ahlar bilməsin.

Mən insanam, daş deyiləm,
Yorğun durna, çaş deyiləm.
İllərə yoldaş deyiləm,
Bu gülşən çağlar bilməsin.
Murad Məhərrəmov

Görmədim

Gəncliyim yarpaq tökdü,
Г‡içəyini görmədim.
Arılar şirə çəkdi,
Pətəyini görmədim.

Bu ömür də sınaqdı,
Yolu dərədi, dağdı.
Tufanı məni yıxdı,
Küləyini görmədim.

Bu dünya bir qarışdı,
Xeyir şərlə barışdı.
Hamı yalan danışdı,
Gerçəyini görmədim.

İzin tutdum hər ahın,
Bəlkə budur günahım?
Üzün gördüm Allahın,
Ətəyini görmədim.
Cəbrayıl Hüseyn

Əməkdar zəli

Min bir dona girərək,
Boşaldı, doldu zəli.
Г‡ox qanları içərək,
Əməkdar oldu zəli.

Hünərli dovşan

Sərçədən hürküb dovşan
Baxmayıb heç geriyə
Cumub girdi sürüyə.
Qorxub hürkən qoyunlar
Г‡ıxardı yüz oyunlar.
Pərən- pərən düşdülər
Dərəyə sürüşdülər.
Bunu görüncə dovşan
Baxıb sürü dalıınca
Güldü xeyli doyunca.
Lovğalandı, öyündü
Öz-özünə deyindi :
“ Dünyada, allah, aman
Varmiş məndən də qorxan ”
O qədər güldü dovşan,
Sevincdən öldü dovşan.
Güldü- güldü çatladı,
Üst dodağı partladı.
Xalıq Yusifoğlu

Fanidi bu dünya
(mahnı)

Sevginin, deyirlər, yoxdu mənası,
Bəs niyə sevginin çoxdu cəfası?..
Gəl məni bu qədər üzmə, qadası,
Fanidi bu dünya, əzəldən fani.

Maşınım yol gedir dağlar boyunca,
Seyr edir dağları gözüm doyunca.
Sanmayın dünyanı quru oyuncaq,
Fanidi bu dünya, əzəldən fani.

Yenə də yaz gəlir uca dağlara,
Bülbüllər səs salır barlı bağlara.
Aldanma, sevgilim, ötən çağlara
Fanidi bu dünya, əzəldən fani.
Elsevər Məsim

Tutum xəyalının əlindən

Mən sənin eşqinin əsiri idim,
Özgəsi sevgisin öyməsin mənə.
Tutub xəyalının əlindən, gedim,
Kimsənin nəzəri dəyməsin mənə.

Xəyal aləmində batmaz ki, gəmim,
Arzu sahilinə çıxım, dayanım.
Beləcə ərisin həsrətim, qəmim,
Başımı köksümə sıxım, dayanım.

Г‡ağırım geriyə sənli zamanı,
Nağıllar qurmuşam yenə, əzizim.
Mənim səadətim yuxu gümanı,
Yuxuda çatacam sənə, əzizim.

Mən sənin eşqinin əsiri idim,
Özgəsi sevgisin öyməsin mənə.
Tutub xəyalının əlindən, gedim,
Kimsənin nəzəri dəyməsin mənə.
Xatın

* * *
Qəlbi işıqlatmaq üçün haqqa var,
Vararsansa köksünə gələr bahar.

Vərdiş elə sevməyi sən hər kəsi,
Sevə bilən daim olar bəxtiyar.

Doğruları əyə bilməz iftira,
Böhtan verməz bir kimsəyə iftixar.

Fəxr elə vardır Vətənin, ey oğul,
Belə vətəndə cana gəlməz zaval.

Г‡alış ki, yansın çırağı yurdunun,
Vətənsiz işıq sönər, zülmət olar.

Saxlama hər sirrini könlündə sən,
Yoxsa bütün varlığını qəm tutar.

Ömrünün dərdi Qarabağ dərdidir,
Gülxar, bu dərddən betəri harda var?
Gülxar Cəbiqızı

Dərdimiz qoşadır

Dəyişir donunu ana təbiət,
Yaşıl yarpaqlara sarı xal düşür.
Hanı o gözəllik, o xoş təravət,
Baxdıqca qəlbimə min məlal düşür.

Ürəyim üşüyür, az qalır dona,
Gəzib dolaşdıqca çölü-çəməni.
Payızın yelləri qalıb bir yana,
Alıb xatirələr aparır məni.

Qələmim susubdur, axı nə yaza,
Daha qayıtmağın gümansız olub.
Həsrətin qarışıb gələn payıza,
Küləklər bir az da amansız olub.

Dünyada hər şeyi sevgi yaşadır,
Günəşdən ayrılıb solur təbiət.
Payızla dərdimiz, gülüm, qoşadır,
O, günəşə həsrət, mən sənə həsrət.
Südabə Şeyda

Kağızım, qələmim

Cansız qələm, kağız cana gəlibdir,
Dərdimi mənimlə yarı böləndən.
Həmişə dərdimi onlar bilibdir,
Dərdsizəm onları sirdaş biləndən.

Elə bil vərəqlər qaralır, yanır,
Qələmdən kağıza dərdim çökəndə.
Hər biri nə çəkir sanki borc sanır,
Dərdimi qoynuna alıb çəkəndə.

Nə yaxşı ağ kağız, qara qələm var,
Məni dar günümdə tənha qoymurlar.
Hər anda olurlar ürəyimə yar,
Mənimlə olmaqdan bezib doymurlar.

Canlı insanlardan bunlar daha çox,
Məni başa düşür, mənlə olurlar.
Bircə gün şən olub, gülməkləri yox,
Ağlayır, kövrəlir, mənlə dolurlar.

Kimsə məni duymasa da, duysa da,
Onları əlimdən qoya bilmərəm.
Onlar məndən bir gün bezsə, doysa da,
Mən onlardan heç vaxt doya bilmərəm.
Aidə Gədəbəyli

Vay, dədə, vay

Əcnəbi göylərdədir, biz elə biz qalmışıq,
Г‡ürük kötük dibində çayırtək kök salmışıq.
Hərdənbir yuxu görüb xəyallara dalmışıq
Vay, dədə, vay, çıxıbdır kəlləçarxa acımız,
Özümüz tam çaşbaşıq, sarsılmır inancımız.

İkitirəlik adlı virus tapıb zəmanə,
Zəmanənin özü də indi olub divanə.
Başlar elə şişib ki, sığışmayır tiyanə
Vay, dədə, vay, rüsvayıq, qızmır kasıb sacımız,
Dərdi yazan Sabirə vardır ehtiyacımız.

Dəli atdığı daşa ağıllılar, edir güc,
Qulaqkəsən bekardı, əlində pambıq ülgüc.
Başsız başın soxmağa axtarır yaxşı bir künc
Vay, dədə, vay, işləsək nə olar qazancımız,
Biz bizik, siz sizsiniz, ovulmur umacımız.

Bisavad eşitdiyin bayraq edib əlində,
Xətrə dəyən kəlmələr qərar tutub dilində.
Bir adama faydası yox ayında, ilində,
Vay, dədə, vay gör necə möhkəmdir amacımız,
İllər imtahanında qırılmır qırmancımız.

Dünən bələkdən çıxan bu gün olur şir, bəbir,
Dili söz tutanları susdurur o, birbəbir.
Nə faydası, nə xeyri gətirsən də cüt səbir
Vay, dədə, tək səbirə çoxalıb möhtacımız,
Vallah, billah Sabirə vardır ehtiyacımız.
Gülər Əmirli

Anam qocalmasın

Ürəyimdə xoş bir dilək –
Qocalmasın anam, Allah!
Daim qalsın bugünkütək,
Gənclik versin ona sabah.

Lay-lay desin yatım yenə,
Məsum, körpə uşaq kimi.
Dualarım ürəyinə,
Axsın həzin bulaq kimi.

Taleyimin üzü gülsün,
Qəm bilməsin günüm, ayım.
Dərdi varsa, mənə gəlsin,
Onun olsun fərəh payım.

Mən hamıya can deyim ki,
Zaman məndən öc almasın.
Ey insanlar, neyləyim ki,
Mənim anam qocalmasın?
Afət

Şərh Yaz