Regionlara edilən səfərlər sürətli inkişafın hərəkətverici qüvvəsidir

Ölkədə aparılan məqsədyönlü, uğurlu islahatların və düşünülmüş siyasətin nəticəsində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı davamlı və yüksələn xətlə gedir. Bütün bunların nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilib. Azərbaycan dünyanın inkişaf etmiş ölkələrin sırasına inamla daxil olub.
Prezident İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq arenada fəaliyyəti, qazandığı hörmət dünya birliyi, rəsmi dairələr, nüfuzlu təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Artıq Azərbaycan həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan dünyanın önəmli ölkələrindən birinə çevrilib. Ölkəmiz gündən-günə çiçəklənir, vətəndaşların rifahı sürətlə yaxşılaşır. Nəinki paytaxtımız, ən ucqar rayonlarımız belə abadlaşır, bu yerlərdə yeni-yeni infrastruktur layihələri həyata keçirilir.
Regionlara edilən səfərlər sürətli  inkişafın hərəkətverici qüvvəsidirRegionlara edilən səfərlər sürətli inkişafın hərəkətverici qüvvəsidir

Ölkədə aparılan məqsədyönlü, uğurlu islahatların və düşünülmüş siyasətin nəticəsində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı davamlı və yüksələn xətlə gedir. Bütün bunların nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilib. Azərbaycan dünyanın inkişaf etmiş ölkələrin sırasına inamla daxil olub.
Prezident İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq arenada fəaliyyəti, qazandığı hörmət dünya birliyi, rəsmi dairələr, nüfuzlu təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Artıq Azərbaycan həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan dünyanın önəmli ölkələrindən birinə çevrilib. Ölkəmiz gündən-günə çiçəklənir, vətəndaşların rifahı sürətlə yaxşılaşır. Nəinki paytaxtımız, ən ucqar rayonlarımız belə abadlaşır, bu yerlərdə yeni-yeni infrastruktur layihələri həyata keçirilir.
Cənab Prezident İlham Əliyevin regionlara mütəmadi səfərləri hər bir bölgənin , bütövlükdə Azərbaycanın sürətli inkişafına güclü təkan verir. 2014-cü ilin sentyabr ayının 22-də cənab Prezidentin rayonumuza səfəri deyilənlərin bariz nümunəsidir. Ölkə rəhbəri rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir : “Rayonun inkişafı sürətlə gedir. Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni çox sevindirdi. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür”.
2014-cü il İsmayıllı şəhərinin həyatına uğurlar, nailiyyətlər ili kimi yazıldı. Abadlıq-quruculuq işləri, yeni layihələrin icrası şəhərin simasını tamamilə dəyişdirdi. Müsbət haldır ki, görülən işlər milli-memarlıq üslubuna uyğun yerinə yetirilir və hazırda icrası davam edən layihələrdə də bu amil ciddi şəkildə nəzərə alınır. İsmayıllı şəhərinin yerli memarlıq üslubunun təkmilləşdirilməsi məqsədilə Heydər Əliyev prospekti, Mübariz Orucov, Mirzə Fətəli Axundov küçələrindəki bir çox evlərin, sahibkarlıq obyektlərinin, idarə və müəssisələrin yerləşdiyi binaların dam örtükləri kirəmitlə, yeni dəmir materiallarla əvəzlənib. Binaların fasadları, həyətlərin giriş qapıları yeni üslubda bərpa edilib.

Regionlara edilən səfərlər sürətli  inkişafın hərəkətverici qüvvəsidir

Şəhərin Heydər Əliyev prospekti ilə Mübariz Orucov və Nizami Gəncəvi küçələrinin kəsişməsində dairələr və mərkəzi meydan yenidən qurularaq, ətrafda geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Yeni elektrik dirəkləri, müasir lampalar, evlərin fasadlarında və divarlarındakı işıqlar şəhərə özəl bir yaraşıq verir. İsmayıllının gecə mənzərələri nağıllar aləmini xatırladır.
Şəhərin Heydər Əliyev prospektindəki Uşaq əyləncə və istirahət parklarında, həmçinin Nizami Gəncəvi küçəsindəki parkda abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Ərazisi 1,5 hektar olan Uşaq İstirahət və Əyləncə Parkında uşaqlar üçün hər cür şərait yaradılıb, yaşıllıq zolaqları salınıb, müxtəlif növ ağaclar və kollar əkilib, hovuz, kafe, 250 yerlik açıq kinoteatr, iki uşaq-əyləncə meydançası inşa olunub. Burada müxtəlif heyvan fiqurları qoyulub ki, bu da uşaqların marağına səbəb olur. “Qala divarları”nın ətrafındakı ərazidə də bəzək ağacları, mövsümü çiçəklər əkilib, gəzinti yolları, eləcə də əyləncə meydançaları, “Qala palace” restoranı inşa olunub ki, bütün bunlar şəhərə xüsusi gözəllik verir. Həmçinin, Heydər Əliyev adına parkda “Yay Filarmoniyası” tikilmişdir.
Şəhərdə yeni avtovağzal, tikiş fabriki, Heydər Əliyev fondunun təşəbbüsü ilə inşa olunan körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilib. Rayon Mədəniyyət sarayı, İcra Hakimiyyətinin və Təhsil şöbəsinin inzibati binaları və mərkəzi xəstəxana yenidən qurulub.
Şəhərin müxtəlif yerlərində xeyir-şər məclisləri üçün binalar tikilərək insanların ixtiyarına verilib.
Şəhərin Nizami Gəncəvi və Mübariz Orucov küçələrinin kəsişdiyi yerdə “Soyqrım” abidəsi adlanan və erməni soyqırımına məruz qalmış vətəndaşlarımızın xatirəsinə həsr edilmiş möhtəşəm abidə ucaldılıb. Abidənin ətrafı yaşıllaşdırılmış, buraya bəzək və gül kolları əkilmiş digər abadlıq işləri də aparılmışdır. Qeyd etməyi lazım bilirəm ki, abidənin yeri də çox yaxşı seçilmişdir.
Şəhərdə su-kanalizasiya sisteminin yenidən qurulması, elektrik və qaz xətlərinin dəyişdirilməsi ilə əlaqədar işlər davam etdirilir.
2014-cü il şəhərin 35-dən çox küçəsinə asfalt örtük vurulmuşdur. Heydər Əliyev prospekti, Soltan Mehdiyev, Rəşid Mahmudov, Cavanşir, Babək, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Mübariz Orucov, Mir Cəlal Paşayev, Mübariz İbrahimov, Şahməmməd Seyfəliyev, Əziz Hüseynov, Ərəstun Mahmudov, Nizami Gəncəvi, Babadağ, Bahəddin Mirzəyev, Nizami Səmədov, H.Z.Tağıyev, Natiq Behdiyev, Üzeyir Hacıbəyov, Fizuli, Əbülhəsən Ələkbərzadə, Qəşəm Aslanov, Ağahüseyn Aslanov, Cavad Məmmədov və digər küçələri.
Mən 2014-cü ildə görülən işlərin bir hissəsi barədə qeydlər etdim. Borcluyam onu da qeyd edim ki, bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin 2013-cü ildə İsmayıllıya etdiyi səfərdən yaranmış ruh yüksəkliyinin, rayon rəhbərliyinin fəaliyyətinə müsbət qiymət verməsinin nəticəsidir. Həmişə mərhəmətli, ədalətli mövqe tutan, haqq yolunda inamla irəliləyərək, xalqını ucalara çatdıran Prezidentimiz 2013-cü ilin mart-avqust ayları arasında həyata keçirilən layihələrə, görülən işlərə, insanların həyatına zənginlik gətirən tədbirlərə böyük dəyər verdi. Bununla bütün İsmayıllını yeni uğurlara doğru səfərbər etdi.
Səfərdən sonra başlanan tikinti-quruculuq və abadlıq işlərinin davamı üçün vəsait ayırması bir daha təsdiq etdi ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin bənzərsiz rəhbəri İlham Əliyevin diqqəti və qayğısı əhatəsindədir. Biz bir daha bütün varlığımızla yəqin etdik ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Bu yəqinliklə, bu inamla xalqımız Prezident İlham Əliyevin rəhbərlik qüdrəti, idarəetmə məharəti sayəsində daha böyük zirvələrə çatacaq, arzuladığı tarixi Qələbənin nəşəsini yaşayacaqdır.
Məhərrəm Əhmədov,
RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi

Şərh Yaz