Minnətdarlıq məktubu

Г‡ox hörmətli Mirdaməd müəllim!
Bir neçə cümlədən ibarət bu kiçik məktub M.F.Axundov küçəsi 34 A ünvanında yaşayan şəhid ailələri və Qarabağ müharibəsi əlili ailələrinin böyük razılığıdır.
Siz İcra Hakimiyyəti başçısı təyin olunduqdan sonra rayonumuzun inkişafına təməl qoyuldu. İsmayıllıdakı abad və işıqlı küçələr, parklar, yeni açılan iş yerləri, sakinlərin yaşayış səviyyəsinin yüksəlişi göz qabağındadır. Bütün bunlar cənab prezidentimiz İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun həyata keçirilir. Bu səbəbdən ölkə Prezidentinə minnətdarıq və onun ətrafında daha sıx birləşməyə borcluyuq.
Yaşadığımız binanın həyətində xeyir-şər evinin tikilməsi və imkansızlıq üzündən illərlə yığılıb qalmış enerji borclarının silinməsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bizim üçün böyük hədiyyədir.
Bir daha möhtərəm Prezidentimizə və Sizə dərin təşəkkürümüzü bildirir, qarşıdan gələn bayramlar münasibəti ilə Sizi ürəkdən təbrik edir, işlərinizdə uğurlar arzulayırıq!
Hörmətlə:
Əlişir Məcidov,
II qrup Qarabağ əlili

Şərh Yaz