Dünya şöhrətli şəxsiyyət

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində yorulmadan fəaliyyət göstərən, müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi, adını Azərbaycan xalqının qəlbinə yazdıran böyük lider oldu. Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli-mənəvi dəyərlərinin qorunmasında. Ulu öndərin bənzərsiz ömür yolu, gərgin ictimai-siyasi fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil edir. 2003-cü ilin 12 dekabr tarixi Azərbaycan xalqının hüznlü günlərindən biri olmuşdur. Ona görə ki, azadlıq, müstəqillik xoşbəxtliyini xalqına bəxş etmiş dahi bir insanı son mənzilə yola salmaq, öz oğlunu sevən bir xalq üçün asan deyildi.Dünya şöhrətli şəxsiyyət

Bu gün ulu öndər Heydər Əliyevin vəfatından 11 il ötür.
İsmayıllı Rayon Təhsil Şöbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdən öncə ümummilli liderin abidəsi önünə güllər qoyuldu.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RTŞ-nin əməkdaşları, ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər. Mərasim çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi və Heydər Əliyev haqqında nəşr olunmuş kitabların nümayişi təşkil olunub. Tədbirin əvvəlində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirin açılışında Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov tədbiri açaraq, dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Hacıhətəmli kənd tam orta məktəbin direktoru Nazim Ağakişiyev, RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov çıxış edərək, böyük şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin fəaliyyətindən, Azərbaycanın inkişafında göstərdiyi xidmətlərdən danışıblar.
Tədbirin sonunda “Kiçik Heydərçilər”in ifasında kompozisiya nümayiş etdirilib.
Xalid Allahverdiyev,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz