Xalq bayramına çevrilən tarix

Yeni Azərbaycan Partiyasının yaradılması siyasi və tarixi hadisələrlə zəngin anlara təsadüf edir. Bu ilin oktyabrında biz Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 23-ci ildönümünü təntənə ilə qeyd etdik. Azərbaycan vətəndaşları bir daha əmin oldular ki, cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət ölkəmizə tərəqqi və inkişaf gətirir, beynəlxalq mövqelərimiz getdikcə möhkəmlənir.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin rayonumuza səfərləri, görülən işlərə verdiyi qiymət biz ismayıllıları sevindirmiş, yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırmışdır. Bu il sentyabrın 22-də cənab Prezident İsmayıllıda olarkən demişdir:
– “Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edirik. Hər bir rayonda, hər bir kənddə əgər bütün problemlər həll olunarsa, onda ölkədə problem qalmayacaq. Hər halda biz buna çalışmalıyıq və əminəm ki, İsmayıllı rayonu qısa muddət ərzində ölkədə ən qabaqcıl payonlardan birinə çevriləcəkdir. Mən də çalışacağam ki,sizinlə bərabər bu məqsədə nail olaq”.

Xalq bayramına çevrilən tarixXalq bayramına çevrilən tarix

Partiyamızın yaranmasından 22 ilə yaxın bir vaxt keçir. Cox da uzun olmayan bu zaman
ölçüsü Yeni Azərbaycan Partiyasının həyatında, inkişafında, suveren Azərbaycan dövlətinin qurulub möhkəmlənməsində mühüm rol oynamışdır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə tarixi zərurətdən yaranmış YAP ölkəmizdə dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin formalaşmasında daima öz sözünü demişdir.
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti bu gün onun siyasi məktəbinin ən layiqli davamçısı, Respublika Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev tərəfindən uğurla, yaradıcılıqla davam etdirilir.
Sevindirici haldır kı, YAP-ın yaradıcılarından və ən fəallarından biri, Ümummilli liderimizlə Naxçıvanda birgə çalışmış millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov təntənəli tədbirimizdə iştirak edir.
Ölkəmizdə baş verən siyasi və iqtisadi yüksəlişlə hamımız yaxından tanışıq. Bu naliyyətlərin əldə olunmasında YAP-ın və onun üzvlərinin böyük xidmətləri olduğu sirr deyil.
Xalq bayramına çevrilən tarix

YAP-ın aparıcı dəstələrindən biri olan İsmayıllı rayon təşkilatı da bütün məsələlərdə həmişə öndə olmuş, cənab Prezidentin daxili və xarıcı siyasəti təşkilatımız tərəfindən dəstəklənmişdir. YAP-ın İsmayıllı rayon təşkilatı idarə heyyətinin üzvü kimi, çalışmışam ki, həmişə məsələlərin həllində fəal iştirakçı olum, verilən tapşırıqları, mövcud problemləri üzvü olduğum partiyanın adına laiq icra edim.
Qeyd etmək istərdim ki, İsmayıllı şəhərində tikinti-quruculuq, abadlıq işləri ardıcıl olaraq davam etdirilir, şəhərimiz müasir görkəm alır.
Daim rayon təşkilatının işinə dəstək verən RİH-nin başçısı,cənab Mirdaməd Sadıqovun səyi, yorulmaz fəaliyyəti nəticəsində İsmayıllı şəhəri tarixi və memarlıq baxımından yeniləşir, tikilir, qurulur, abadlaşır. Rayonumuzda böyük infrastruktur layihələıri həyata keçirilir.
Həmişə olduğu kimi, partiyamızın banisinin ideyalarına daim sadiq olan rayon təşkilatının çoxsaylı üzvləri Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Beynəlxalq səviyyəli siyasətinin ön cərgəsində getməyi özlərinə şərəf bilir, hər zaman onun ətrafında olduqlarını bildirirlər.
Yeni Azərbaycan Partiyasının yarandığı gün bütün Azərbaycan xalqının bayramıdır.
Məhərrəm Əhmədov,
YAP İsmayıllı rayon təşkilatının İsmayıllı şəhəri üzrə ərazi ilk partiya təşkilatının sədri

Şərh Yaz